Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Sirroza səbəb yalnız alkoqoldurmu?

Sirroza səbəb yalnız alkoqoldurmu?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Spirtli içkilərin qaraciyərə dağıdıcı təsiri, xüsusən ölümə sürükləyən sirroz törətməsi daim müzakirə olunan mövzulardandır. Tibb elmləri doktoru, professor Musa Qəniyev bu mövzuda XQ-yə açıqlamasına sirrozun əlamətləri və yaranma səbəbləri barədə məlumatla başladı:

– Sirrozun erkən mərhələlərində simptomlar çox zəif olur və ya heç hiss edilmir. Xəstəlik inkişaf et­dikcə isə başqa əlamətlər müşahidə olunur. Bunlara daha çox yorğunluq və zəifliyi misal göstərə bilə­rik. Xəstələr daimi yorğunluq və enerji azlığından şikayət edirlər. Bundan başqa, iştahın azalması ilə insan xeyli çəki itirir. Qaraciyər funksiyalarının po­zulması nəticəsində metabolizm yavaşıyır. Qarında şişkinlik yaranır, qarın boşluğunda maye toplanır. Bilirubinin qanda artması nəticəsində dəri və göz­lərdə saralma baş verir. Qaraciyərin qan laxtalanma faktorlarını istehsaletmə qabiliyyəti azaldığından bədənin müxtəlif nahiyyələrində qansızmalar nəzərə çarpır.

Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Xroni­ki alkoqol istifadəsi, yəni uzun müddət ərzində həd­dindən artıq alkoqol qəbulu qaraciyəri ciddi şəkildə zədələyir. Viral hepatitlər– xüsusilə, B və C hepatiti uzun müddət müalicə olunmadıqda sirroz baş verir. Qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi də sir­rozun yaranmasına səbəb olur. Belə piylənmə, dia­bet və metabolik sindrom kimi vəziyyətlərlə əlaqəli olaraq yaranır. 

– Amma xalq arasında sirrozun məhz içkiyə aludə olan insanlarda baş verməsi inamı var.

– Mövcud insan populyasiyasında spirtli içkilə­rin yüksək dozada uzun illər boyu mütəmadi qəbulu, yalnız 10–20 faiz nisbətdə sirroza səbəb olur. Yəni, hər 100 nəfərdən 10–20 nəfər bu bəlaya mübtəla olur. Burada alkoqolun miqdarı, fərdin cinsi, orqa­nizmin genetik, metabolitik və yaş xüsusiyyətləri, həmçinin bədən kütləsi indeksi (BKİ ≥35; piylənmə) də əsas risk faktoru sayılır.

Əslində, qəbul olunan alkoqolun ümumi miqdarı spirtin orqanizmdəki mütləq miqdarını əks etdirmir. İçkinin növü və tündlük dərəcəsindən asılı olmaya­raq, orqanizmdə spirtin mütləq miqdarı belə hesab­lanır. Məsələn, kimsə yarım litr (500 millilitr) araq içibsə, onun bədənində spirtin faiz nisbəti (500x40= 20000) 200 millilitrdir. Hər millilitrdə 0,79 qram al­koqol olduğundan, bu halda bədəndə spirtin mütləq miqdarı cəmi 158 qram təşkil edir. Yəni yarım litr 40 faizli araq, konyak və ya viski içilərsə, həmin şəxsin bədənində spirtin mütləq miqdarı cəmi 158 qram olur.

Hər 100 adamdan 10–20-sinin sirroz olması üçün 10 ildən artıq müddətdə insan 80 qramdan artıq alkoqol (250 millilitrdən artıq 40 faizli spirtli içki) qəbul etməlidir. Əgər bu miqdar 230 qramdan artıq (700 millilitrdən artıq 40 faizli spirtli içki) olarsa və zamanında digər xəstəliklərdən ölüm baş verməzsə, 20 ildən sonra sirroz ehtimalı 50 faiz olur.

İnsan (hətta alkoqola aludə olanlar) gündəlik bu qədər spirtli içki qəbul edə bilərmi? 

– Bəs əslində kimlər bu bəlaya mübtəla ola bilər? 

– Alkoqolla bağlı istər sirroz, istərsə də digər letal sonluqlu qaraciyər xəstəliklərinin əsasında ailə anamnezi durur. Bu hal onun genetik faktora (fer­ment disfunksiyası) bağlılığını təsdiq edir. Təbii ki, ət xörəklərdən imtina, yəni zülal çatışmazlığı (bu halda alkoqola həssaslıq artır), qaraciyərdə dəmi­rin toplanması və hepatit C kimi spirtin fermentativ metabolizmini sürətləndirən səbəblər də bura əlavə olunmalıdır.

Etil spirtinin metabolizmini, əsasən alkoqol de­hidrogenaza (ADH-1 tipi) və aldehid dehidrogenaza (ALDH2 tipi) fermenti törədir.

ADH-1 tipini, 4-cü xromosomda 4q23 vəziyyət­də yerləşən ADH1, ADH2 və ADH3 kimi 3 gen kod­layır. ADH2 xüsusən, ADH3 geni polimorfizmə mə­ruz qalır. Polimorfizmlər 2 alel, qamma1 və qamma2 adlandırılır. Qamma1 fenotipi spirtin sürətlə, qam­ma2 fenotipi isə zəif sürətlə parçalanmasına səbəb olur (asetaldehidə çevrilmə). Alkoqolizm, sirroz və s. kimi ciddi patologiyalar bir qayda olaraq qamma2 üçün homoziqot olan şəxşlərdə müşahidə edilir.

ALDH-nı kodlayan gen 12-ci xromosomda yer­ləşir. Onun ALDH2-1 və ALDH2-2 kimi iki izofer­ment forması vardır. Bunlardan ALDH2-2 inaktiv sayıla biləcək dərəcədə zəifdir. Bu ferment tipinə ho­mozigot olan insanlar spirtli içkilərə meyilli olmur, əks halda, sirroz kimi letal gedişli qara ciyər xəstə­likləri bir qayda olaraq onların arasında müşahidə edilir. Zəif təsirli ALDH2 alelinə daha çox Asiya irqinə məxsus olan insanlarda (yaponlarda 24 faiz, koreyalı və çinlilərdə 15 faiz) rast gəlinir.

Avropa irqi, eləcə də türk etnik qrupuna daxil olan insanlarıın demək olar ki, hamısında (

Bunları açıqlamaqda bir məqsəd var. Hər kəs bu fikrin həqiqət olduğunu bilsin. Müxtəlif səbəblərdən içkiyə qurşanan insanlar, artıq gecdir deməsinlər. Digər, yanaşı ağır xəstəliklərə düçar olmazdan öncə, bu zərərli vərdişdən əl çəksinlər. Ailələr dağılmasın, insanlar alçaldılmasın, təhqir olunmasın, intiharlar baş verməsin...

Son olaraq onu bildirmək istəyirəm ki, fizioloji proseslərin icrası, yəni orqanizmin mövcud olması üçün insan bədənində hər gün 1 qramdan 9 qrama qədər endogen etil spirti sintez olunur. Odur ki, ömür böyu spirtli içki qəbul etməyənlərin belə, qan plaz­masında , təqribən, 0,01 promilli etanol olur.

– Bəzən yol hərəkəti qaydalarını pozanların işki qəbulu yoxlananda nəticə müsbət olur. Amma sürücü alkoqol qəbul etmədiyini bildirir.

– Yaş artdıqca orqanizmdə endogen etanolun əmələ gəlməsi azalır. Yaşlı insanların depressiyaya düşməsinin səbəblərindən biri də budur. Yadda sax­lamaq lazımdır ki, xroniki obstruktiv bronxit, şəkər, qaraciyər xəstəlikləri və bir sıra ciddi patologiyalar zamanı endogen spirtin sintezi arta, hətta 0,4 pro­millidən də çox ola bilər. Dediyiniz alkoqol yoxla­ması zamanı nəticənin müsbət olması məhz bununla əlaqədardır. Qeyd edim ki, bu məsələni DYP əmək­daşlarının bilməsi daha vacibdir.

– Önəmli məlumatlar haqqında bilgi verdiyi­nizə görə təşəkkür edirik.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri