Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası 20 abidənin açılışı oldu
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
2023-cü il 6 fevral zəlzələlərində ciddi zərər görmüş Hatay şəhərində mədəni irsin bərpası davam edir.
Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Kırıkhan ərazisindəki Bəyazid-i Bəstami türbəsində keçirilən mərasimdə altı rayonda bərpası başa çatan 20 vəqf abidəsinin açılışını edib.
Nazir zəlzələdən zərər görən 133 vəqf abidəsindən 91-nin artıq bərpa edildiyini, qalan 42 abidənin isə 2027-ci ilin may ayınadək tamamlanmasının hədəfləndiyini bildirib.
Kırıkhan, Reyhanlı, Erzin, Antakya, Samandağ və İskəndərunda aparılan işlər çərçivəsində 7 məscid, 5 ibadətgah, 3 türbə, İskəndərun Rum Katolik Kilsəsi, eləcə də Antakyadakı tarixi dükanlar və Samandağdakı Vakıflı kəndi qonaq evi orijinal memarlıq üslubu qorunmaqla yenidən fəaliyyətə qaytarılıb.
Zəlzələdən sonra Hataydakı vəqf abidələrinin bərpasına indiyədək 4,3 milyard lirə vəsait xərclənib.
Qeyd edək ki, davam edən layihələr yekunlaşdıqdan sonra şəhər üzrə ümumi investisiyanın təxminən 9,42 milyard lirəyə çatacağı gözlənilir.
Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















