Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Xocalı, Ağdərə və Xocavənddə qayıdış sevinci

Xocalı, Ağdərə və Xocavənddə qayıdış sevinci

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, şəhərlər, kəndlər bərpa edilərək yeni simasına qovuşur. Ge­nişmiqyaslı quruculuq işləri nəticəsində uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin mərhələli şəkildə ata-baba yurdlarına qayıdışı daha geniş vüsət alır. Bir vaxtlar ölüm qorxusu altın­da ev-eşiklərindən didərgin düşmüş insan­lar indi sevinc və qürur hissilə ata-baba yurdlarına dönürlər. 

Noyabrın 27-də Xocalı, Ağdərə və Xocavənd rayonlarında növbəti qayıdış sevinci yaşanıb. Pre­zident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 32 nəfərdən ibarət 9 ailə, Xanabada 8 (33 nəfər), Badaraya 4 (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 49 nəfərdən ibarət 15, Vəngliyə 10 (43 nəfər), Kolatağ kəndinə 2 (6 nəfər), Heyvalıya 1 (1 nəfər), Xocavənd şəhərinə 30 nəfərdən ibarət 7 , rayonun Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb. 

Xocalı şəhərində doğma yurdlarına dönən keç­miş məcburi köçkünlərə yeni mənzillərin açarları təqdim olunub. Açarların təqdim edilməsi və qarşı­lanma mərasimində Azərbaycan Respublikası Pre­zidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, xo­calılılar iştirak ediblər. 

Bildirilib ki, köçürülən sakinlər üçün evlər yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb. Mənzillər elektrik enerjisi, qaz və su xət­ləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksəksürətli internet xətti çəkilib. 

Xocavənd şəhərinə və Quzeyxırmana qayıdan sakinlərə də yeni evlərinin açarları təqdim edilib. Mərasimdə Prezidentin Ağdam, Füzuli və Xo­cavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Burada da keçmiş məcburi köçkünlər müasir tələblərə cavab verən evlərlə təmin ediliblər.

Hər iki mərasimdə Azərbaycan Respublikası­nın Minatəmizləmə Agentliyinin (ANAMA) əmək­daşları sakinlərə mina və partlamamış hərbi sur­satların təhlükəsi barədə ətraflı məlumat veriblər. Onlara tanımadıqları naməlum əşyalar və cisim­lərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradı­lan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqları­na qovuşmağın həyəcanını yaşadıqlarını qeyd edib­lər. Eyni zamanda, xalqımıza tarixi qələbələr bəxş edən, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zir­vəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla anılıb.

Xocalı rayonunun Xanabad kəndinə qayıt­mış Rəsul Alışov sevincini oxucularımızla bölü­şüb, bu xoşbəxtlik hissslərini yaşayacağına hər zaman inandığını deyib:

– Bu inam məndə hələ ümummilli lider Hey­dər Əliyev Azərbaycanın ən ağır günlərində xilas­kar kimi hakimiyyətə qayıdanda yaranmışdı. Əmin idim ki, torpaqlarımız işğaldan azad olunacaq, Vətən həsrətimiz sona çatacaq. Allah Ulu öndə­rin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevi qorusun! Onun sayəsində daha məcburi köçkün deyiləm. Həyəcandan əllərim əsir...

Şəhid qızı, Birinci Qarabağ müharibəsi za­manı anasını itirmiş Rəqsanə Qurbanova da sevincdən qəhərlənərək, Qarabağa qayıtmağın sözlə ifadə edilə bilməyəcək xoşbəxtlik olduğunu bildirib:

– Çox şükür, daha öz torpağımızda ev sahibi­yik, bundan sonra doğma kəndimizdə yaşayacağıq. Bu, elə bir hissdir ki, ancaq yaşayanlar bilər. Döv­lətimiz var olsun, burada bizə hər şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün anamın da ruhunun şad olduğu gündür. Biz Prezidentimizi sevirik, hər zaman onun ətrafında “Dəmir yumruq” olacağıq. Çünki məhz Müzəffər Ali Baş Komanda­nımızın sayəsində Qarabağımıza qovuşmuşuq və bu gün qürurla “Xoş gördük, əziz yurdumuz” de­yirik! 

Deyilənlərə onu da əlavə edək ki, Xocalı, Ağ­dərə və Xocavəndə növbəti qayıdış mərhələsində də əsasən respublikanın müxtəlif ərazilərində ya­taqxanalarda, sanatoriyalarda, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələ­rin köçürülməsinə üstünlük verilib. Müntəzəm şəkildə davam etdirilən köç prosesi, doğma yurd­larına qayıdan insanlar üçün yaradılan şərait döv­lətimizin bu sahəyə prioritet fəaliyyət istiqamət­lərindən biri kimi yanaşmasının, Böyük Qayıdış proqramının uğurla icrasının, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanma­sının, dayanıqlı məskunlaşmanın təmin edilməsi­nin göstəricisidir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri