Icma.az
close
up
RU
AİB sədri: Əslində eşşək, pişik və it ətinin də satılmasında qadağa yoxdur

AİB sədri: Əslində eşşək, pişik və it ətinin də satılmasında qadağa yoxdur

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ayı, dovşan, maral ətindən hazırlanan məhsullar satılır.

ATV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıblar.

Mağaza sahibi isə AQTA-nın əməkdaşlarını görüb, dükanı bağlayaraq ərazidən uzaqlaşıb.



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki,  Azərbaycanda heç bir ətin satışına qadağa yoxdur: 


“Yalnız tələb ondan ibarətdir ki, satan şəxs yazsın ki, bu hansı heyvanın ətidir. Mən bu vəziyyəti anormal hesab edirəm. Yəni əslində eşşək, pişik və it ətinin də satılmasında qadağa yoxdur. Mütləq qida təhlükəsizliyi haqqında qanunda və yaxud da Nazirlər Kabinetinin qərarında Azərbaycanda istifadə olunmayan və yeyilməyən ətlərin siyahısı olmalıdır. Azad İstehlakçılar Birliyində bir kitab var və 1963-cü  ildə dərc olunub. Həmin kitab 15 SSRİ respublikaları arasında, o cümlədən SSRİ-nin təsiri altında olan Avropa dövlətlərində ətlərin qiymətləri, adları barədə məlumatlarqeyd edilib. Tək Azərbaycanda eşşək əti yeməli hesab olunurdu. Sonra biz öyrəndik ki, o vaxt bunu ermənilər yaradıb. Yəni bizi vəhşi bir xalq kimi SSRİ vaxtından təqdim edirlər. Ona görə də mütləq qadağan olunan və yaxud yeyilməyən ətlər barədə müəyyən qərar olmalıdır. Çox təəssüf ki, bu yoxdur və istənilən əti satmaq heç bir cinayət məsuliyyəti törətmir. Azərbaycanda müxtəlif ətlər satılır. Hətta ölkəmizdə ilk dovşançılıq təsərrüfatı var və Salyan rayonundadır. Onlar çox mükəmməl bir təsərrüfatdır. Dovşan ətinin xeyirli olmasını təbliğ edirlər. Məndə olan məlumata görə, Bakının marketlərinə çıxarılır, və üzərində də qeyd edilir ki, bu dovşan ətidir. Lakin ayı və eşşək əti yeyilməyib. Ancaq maral əti yeyilən ət hesab olunur, yəni haram hesab olunmur. Bu normaldır və istehlakçıların seçim hüququ var. Bu şərtlə ki, Qida Təhlükəsizliyi Agentliyi orada yoxlama aparmalı, malın təhlükəsizliyi təmin olunmalı və daha sonra bazara çıxarıla bilər. Əgər Qida Təhlükəsizliyi Agentliyinin icazəsi varsa, deməli təhlükəsizdir. Ümumiyyətlə, təhlükəsiz qida nədir deyə axtarsanız onun cavabını tapmayacaqsınız. Ancaq qida təhlükəsizliyinin cavabını tapacaqsınız”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri