Icma.az
close
up
RU
Aida Eyvazlının kitabları Almaniyada kataloqa yerləşdirilib

Aida Eyvazlının kitabları Almaniyada kataloqa yerləşdirilib

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış jurnalist və tədqiqatçı Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.  Bu sevinci dostları ilə bölüşən Aida Eyvazlı Göytürk bildirib:

Azərbaycanda Bakı I Türkoloji Qurultayının 100 illiyi keçirildiyi bir həftədə, sevincimin içərisinə bir sevinc də əlavə olundu. Gözümün nuru, canım, qanım, ruhumla yazdığım və tərcümə etdiyim kitablar Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.

“Qalibiyyət:şahidlər və şəhidlər” ikicildlik kitabımın ikinci nəşri, “Sahaya” kitabım və bir də  azərbaycan dilinə tərcümə etdiyim Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabı.

Martin Lüther Universiteti kimi tanınan elm və təhsil ocağı Almaniyanın Halle-Vittenberq şəhərində yerləşən Martin-Luther-Universität Halle-Wittenberg (MLU) universitetidir. 1696-cı ildə qurulan kitabxana 5,5 milyondan çox kitab, əlyazma və sənəd ehtiyatı ilə Almaniyanın ən böyük ali təhsil kitabxanalarından biridir.

“Qalibiyyət:şahidlər və şəhidlər”  ikicildlik kitabı Azərbaycanın ilk Zəfər kitabıdır. Bu kitabda 2016-cı ilin aprelində döyüşüb, zəfər qazanaraq şəhid olmuş, qəhrəmanlıq göstərib qazi adını qazanan döyüş iştirakçılarının həyatınfdan bəhs edən sənədli, tarixi və fundamental bir əsərdir. Bu kitabla mən Zəfərə, Qalibiyyətə ömürlük heykəl qoydum. Kitabın çapının ilk dəstəkçisi millət vəkili Cavanşir Feyziyev olub, ikinci çapını isə Mənəvi Dəyərlərin Təbliği Fondu edib.

İkinci kitab isə Azərbaycan dilinə tərcümə etdiyim  tanınmış türkoloq, akademik dr.Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabıdır. Bu kitabı Türk Mədəniyyəti və İrsi fondu çap edib. I Türkoloji Qurultayın tarixinin yeni dövrdə araşdırılmasında təşəbbüskar, ortaq türk əlifbasının yaradllmasının yolunda əzmlə mübarizə aparan böyük türkçü Darxan Kıdırəlinin kitabın bu kataloqa düşməsi məni çox sevindirdi.

Üçüncü kitabım isə ağ bənizli gözəlim “Sahaya”dır. Bu kitaba ön sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazdı və dedi ki, I Türkoloji Qurultayın 100 illiyinə ən böyük tövhədir. “Sahaya” kitabımda isə gözlərdən uzaq, könüllərdə həsrəti yaşayan yakutların tarixi və kökü, iris, mədəniyyəti, şəxsiyyətləri haqqındadır. Kitabı AMEA çap edib.

Kitablarımı Martin Luther Universiteti kitabxanasının kataloquna yazdıran böyük türkoloq və alim dr. Volker Adama təşəkkür edirəm.

Zəhmətimi dəyərləndirənlərə minnətdaram”.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri