Aİİ nin Ermənistanın inkişafındakı rolu göz önündədir Dmitri Peskov
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Kreml Ermənistanın ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq planlarına münasibət bildirib
"Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı inteqrasiya layihəsi birləşdirir. Çətin ki, kimsə Avrasiya İqtisadi İttifaqının Ermənistanın iqtisadi inkişafının yüksək artım tempinin qorunub saxlanmasında oynadığı rolu mübahisələndirə bilsin".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanla ABŞ arasında iqtisadi və nüvə enerjisi saəsində əməkdaşlığa dair imzalanan razılaşmalara münasibət bildirərkən deyib.
Peskovun sözlərinə görə, Aİİ-nin Ermənistanın inkişafındakı rolu göz önündədir.
"Ümid edirik ki, bizim əməkdaşlığımız davam edəcək. O ki qaldı Ermənistanın ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlığına, bilirsiniz ki, Ermənistanda sovet obyektləri mövcuddur, hansı ki, bunlar əlbəttə ki, sovet, Rusiya dizaynına malik obyektlərdir. Burada sözsüz ki, Rusiya daha çox üstünlüyə, rəqabətə davamlılığa malikdir. Rusiya dünyada nüvə enerjisi sahəsində qabaqcıl ölkələrdən biri kimi beynəlxalq səviyyədə ən yüksək rəqabətə malikdir. Əgər belə bir rəqabətə tərəfdaşın tələbatı olacaqsa... Yəni ki, Rusiya daha az pula uzun illər ərzində yaxşı keyfiyyəti təmin edə bilər", - Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















