Mədəniyyət naziri Çin səfiri ilə görüşdü FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.
Redaktor.az xəbər verir ki, səfiri salamlayan nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb.
Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Səfir Lu Mey səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















