Icma.az
close
up
RU
Ailə institutunun qorunub inkişaf etdirilməsində QHT lərin rolu

Ailə institutunun qorunub inkişaf etdirilməsində QHT lərin rolu

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Beynəlxalq sənədlərdə qeyd edilir ki, ailə institutunun qorunub saxlanılması və modernləşdirilməsi üçün təkcə qanunvericilik aktlarının təkmilləşdirilməsi, yaxud, sosial yönümlü dövlət proqramlarının qəbul olunması yetərli deyil. Qanunların effektiv icra olunması, həmçinin, ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün vətəndaş cəmiyyəti institutlarının da iştirakı zəruridir. Bu baxımdan, mövzuya yönəlik fəaliyyətdə dövlət strukturları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da rolu artırılmalıdır.

Qeyri-hökumət təşkilatlarının missiyası

“Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda Bakıda keçirilmiş konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova QHT-lərin ailə institutuna yönəlik fəaliyyətlərinə diqqət çəkərək deyib: “Sağlam ailə mühitinin formalaşdırılması, məişət zorakılığı ilə mübarizə tədbirləri və sair bu kimi fəaliyyətlər yalnız dövlət orqanlarının deyil, həm də ictimaiyyətin, mətbuatın və qeyri-hökumət təşkilatlarının məsuliyyətidir. Xüsusilə qadın və uşaqların hüquqlarının daha etibarlı şəkildə qorunması üçün VCT-lərlə sıx əməkdaşlıq etmək daha uğurlu nəticələrə gətirib çıxarır”
(https://demokrat.az/az/news/165185/tovsiyelerin-yerine-yetirilmesinde-vetendas-cemiyyeti-institutlarinin-rolu-movzusunda-konfrans-kecirilib ).

Komitə sədrinin fikrincə, ailələri narahat edən problemlərin ictimailəşdirilməsində, ictimai rəydə mövzu üzrə görüntünün yaradılmasında, həmçinin, dövlət orqanlarının diqqətinə çatdırılmasında QHT-lərin rolu əvəzsizdir: “Məsələn, məişət zorakılığı ilə mübarizə sahəsində təkmil qanunların qəbul edilməsi vacib olsa da, bu, kifayət deyil. Qanunların tətbiqi mexanizmlərinin işləkliyi üçün vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı olmalıdır. Bu kontekstdə qeyri-hökumət təşkilatları (QHT-lər) və media subyektlərinin (KİV) əhəmiyyəti daha da artır. Onların fəaliyyəti cəmiyyətin problemlərə daha həssas yanaşmasına və həll prosesinə cəlb olunmasına şərait yaradır”.

Qeyri-hökumət təşkilatları uzun illərdir ki, Azərbaycanda ailə institutunun qorunması, məişət zorakılığına qarşı mübarizə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görürlər. QHT-lər fasiləsiz olaraq monitorinqlər aparır, zərərçəkmişlər üçün praktiki yardımlar göstərir, sığınacaqlar yaradaraq idarə edirlər. QHT-lər tərəfindən ictimai maarifləndirmə kampaniyalarının həyata keçirlməsi, ailə institutunun müdafiəsi üzrə təlimlərin və seminarların təşkil edilməsi ciddi effektlər verir. Hazırda Azərbaycanda bu sahədə ixtisaslaşmış və praktik nəticələr ortaya qoymuş təşkilatlar mövcuddur. Bunların arasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi (Bakı şəhərində), “Təmas” Regional İnkişaf İctimai Birliyi (Gəncə şəhərində) və digərlərinin fəaliyyəti qabarıq görünür. Bu təşkilatlar tərəfindən yaradılan sığınacaqlar zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi və reabilitasiyası baxımından nümunəvi modellər hesab olunurlar.

Ölkə üzrə 10-dan artıq qeyri-dövlət sosial xidmət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyəti Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Bu mərkəzlər məişət zorakılığından əziyyət çəkənlər üçün mütəxəssis dəstəyi, hüquqi məsləhət, psixoloji yardım və sosial adoptasiya tədbirləri həyata keçirirlər.

Ailə-məişət problemləri üzrə ixtisaslaşmış QHT-lər üçün dövlət dəstəyi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin maliyyə dayanıqlığını təmin etmək və layihə əsaslı fəaliyyətlərini genişləndirmək üçün müxtəlif qrant müsabiqələri tətbiq edir. Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat üçün açıqlamasında bildirib ki, son illərdə qrant müsabiqələrində yeni və aktual mövzulara yer verilir: “Bunlara məişət zorakılığı, gender stereotipləri, uşaqların təhsildən yayınması, insan alveri və doğulanadək cins seçiminin qarşısının alınması kimi istiqamətlər də daxildir” ( https://family.gov.az/az/post/3629 ). 2023-cü ildə “Ailə, qadın, uşaq və gender məsələləri” mövzusunda 56 layihə maliyyələşdirilib. Bu layihələr cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kampaniyalar, interaktiv tədbirlər və maarifləndirici sessiyalar vasitəsilə ailə institutuna dəstək məqsədi güdür.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bizimlə söhbətində bildirib ki, ailə institutunun modernləşməsi yönündə aparılan maarifləndirmə işlərində Qeyri-Hökumət Təşkilatlarının rolu danılmazdır: “QHT-lər maarifləndirmə ilə yanaşı, ailələrə sosial dəstək və hüquqi yardım göstərilməsi prosesində də öndədirlər. Onlar ailələrin üzləşdikləri çeşidli problemlərin həllinə kömək edirlər, sağlam ailə dəyərlərinin təbliğinə və ailədaxili münasibətlərin gücləndirilməsinə töhfə verirlər. QHT-lər həmçinin, gender bərabərliyi, uşaqların hüquqları, məişət zorakılığı ilə mübarizə kimi vacib mövzularda cəmiyyətin diqqətini artırırlar. Bu mövzular üzrə dövlət strukturları ilə əməkdaşlıq şəraitində effektiv fəaliyyət göstərirlər”.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see327

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see298

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see292

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see280

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see253

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see250

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see249

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see247

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see243

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see232

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see231

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see223

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see219

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see218

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see212

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see205

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see183

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri