Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu

Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyul, AZƏRTAC

Milli dəyərlər cəmiyyətdə ortaq duyğu, düşüncə, məqsəd və davranış birliyini formalaşdıran əsas amillərdir. Bu dəyərlər qorunub yaşadıldıqda və yeni nəsillərə ötürüldükdə cəmiyyətin həmrəyliyi güclənir, sosial münasibətlərdə sabitlik və nizam yaranır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial-kultural məsələlər üzrə ekspert Sübhan Padarsoy deyib.

Ekspert qeyd edib ki, dəyər insanın nəyin arzuolunan, nəyin isə qəbuledilməz olduğuna dair inancıdır. Onun sözlərinə görə, sosial baxımdan dəyərlər insanların cəmiyyət daxilində davranışlarını istiqamətləndirən normalar sistemidir. Mədəni baxımdan isə onlar bir xalqın düşüncə tərzini, hisslərini, davranış modellərini, adət-ənənələrini və həyat üslubunu ifadə edir. “Məhz bu xüsusiyyətlərinə görə dəyərlər cəmiyyətlərə kimlik qazandırır və onları digər xalqlardan fərqləndirir. Dəyərin mövcud olduğu yerdə dəyərləndirmə, müqayisə və mühakimə də mövcuddur. İnsan öz mənəvi dəyərlərini qoruduğu müddətdə həm insanlığını, həm də milli kimliyini qoruyub saxlayır. Müasir dövrdə bir çox sosial problemlərin əsas səbəblərindən biri də müxtəlif dəyər sistemlərinin toqquşmasıdır. Cəmiyyət insanları ortaq dəyərlər vasitəsilə birləşdirir, ümumi davranış və düşüncə normaları formalaşdırır”,- deyə S. Padarsoy qeyd edib.

Ailə – dəyərlərin ötürüldüyü ilk sosial institut

S.Padarsoy milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, insan ilk dünyagörüşünü, davranış normalarını və xarakterinin əsas xüsusiyyətlərini məhz ailədə qazanır: “Buna görə ailə ilk tərbiyə və təhsil ocağıdır. Ailə uşağa ilk növbədə, əxlaqi, etik, sosial və dini dəyərləri aşılayır. Bu vəzifələrin yerinə yetirilməməsi fərdi baxımdan daxili narahatlıq və psixoloji gərginlik yaradır, sosial baxımdan isə insanın cəmiyyətdən təcrid olunmasına, etimadını itirməsinə və yalnızlaşmasına səbəb olur. İnsanların bir-birinə və dövlətə qarşı məsuliyyət hissi də ilk növbədə, ailədə formalaşır, sonradan isə təhsil müəssisələritərəfindən möhkəmləndirilir”.

Dövlətin ailə institutuna dəstəyi

Ailənin cəmiyyətin əsas sosial institutlarından biri olduğunu vurğulayan ekspert əlavə edib: “Onun funksiyalarını uğurla yerinə yetirməsi üçün dövlət tərəfindən sosial, iqtisadi, hüquqi və təhlükəsizlik baxımından dəstəklənməsi vacib hesab olunur. Güclü ailə həm rifahın, həm də ictimai etimadın əsas mənbələrindən biri kimi qiymətləndirilir.

Ailə institutu zəiflədikdə və öz funksiyalarını yerinə yetirə bilmədikdə müxtəlif sosial problemlərin meydana çıxması ehtimalı artır. Bu zaman qeyri-sağlam münasibətlər genişlənə, fiziki və psixoloji baxımdan problemlərlə üzləşən fərdlərin sayı arta bilər. Məhz buna görə ailə öz dəyərlərini şüurlu və ya qeyri-şüurlu şəkildə yeni nəslə ötürən ən mühüm institut hesab edilir. Tez-tez vurğulandığı kimi, insan yalnız ailəsinin irsiyyətini deyil, həm də onun dünyagörüşünü və həyat tərzini daşıyır”.

Qloballaşma və mədəni transformasiya

Onun sözlərinə görə, qloballaşma nəticəsində qərbləşmə meyillərinin gücləndiyi və xüsusilə ABŞ mərkəzli mədəni təsirlərlə milli sosial strukturlar arasında müəyyən ziddiyyətlər yaranır. Burada əsas fikir ondan ibarətdir ki, düşünülmədən qəbul edilən xarici dəyərlər cəmiyyətin tarixi inkişaf istiqamətinə təsir göstərə, insanları milli və qlobal mədəniyyət arasında seçim qarşısında qoya bilər: “Bununla yanaşı, dəyişiklik hər bir cəmiyyət üçün qaçılmaz prosesdir. Heç bir cəmiyyət dəyişiklikdən kənarda qala bilməz. Lakin hər dəyişiklik inkişaf anlamına gəlmir. Sağlam dəyişiklik cəmiyyətin öz daxili ehtiyaclarından doğmalı, sosial, iqtisadi, siyasi və texnoloji inkişafla uzlaşmalıdır. Xaricdən gətirilən dəyərlərin cəmiyyətə zorla mənimsədilməsi dəyişiklik deyil, dəyişdirmə kimi qiymətləndirilir. Mədəniyyətin maddi komponentləri daha sürətlə dəyişə bildiyi halda, mənəvi dəyərlər daha dayanıqlı olur və dəyişikliklərə daha çox müqavimət göstərir”.

Mədəni müstəmləkəçilik anlayışı

Ekspertin fikrinə görə, müasir dövrdə texnoloji üstünlüklərdən istifadə edən inkişaf etmiş dövlətlər mədəni təsir dairələrini genişləndirərək müəyyən mənada mədəni ekspansiya siyasəti həyata keçirirlər. Bu proses "mədəni müstəmləkəçilik" kimi xarakterizə olunur. Mədəni müstəmləkəçilik dedikdə, uzunmüddətli ideoloji və mədəni təsirlər nəticəsində bir xalqın öz milli-mənəvi dəyərlərindən uzaqlaşaraq, başqa mədəniyyətin dəyərlərini mənimsəməsi nəzərdə tutulur.

Təsirlər media qurumları, xarici dilli təhsil müəssisələri, müxtəlif fondlar, sosial layihələr, qeyri-hökumət təşkilatları, mədəni proqramlar vasitəsilə həyata keçirilir. Beyinyuma ilə qazanılan “ziyalılar” bir “kültür əsiri” və ya “müstəmləkə ziyalısı”na çevrilir. Bu prosesdə “müstəmləkə ziyalıları”, gəncliyin yuyulan beyni ilə vətənləşən coğrafiya yavaş-yavaş itirilir. Bu prosesdə milli dəyərlərin nüfuzdan salınması, onların köhnəlmiş və ya gülünc kimi təqdim edilməsi yolu ilə yeni dəyər sisteminin formalaşdırılmasına çalışılır.

S. Padarsoy sonda qeyd edib ki, milli dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və təhsil sisteminin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi cəmiyyətin sosial sabitliyi və milli kimliyinin davamlılığı baxımından mühüm məsələlər kimi qiymətləndirilir. Qloballaşma şəraitində dəyişiklik qaçılmaz olsa da, bu proses milli-mənəvi dəyərlərin qorunması ilə tarazlaşdırılmalıdır. Güclü ailə, milli yönümlü təhsil və mədəniyyət siyasəti cəmiyyətin öz kimliyini qoruyaraq müasir dünyanın çağırışlarına uyğun inkişaf etməsinin əsas şərtlərindən biri hesab olunur.

Müxbir - Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri