Icma.az
close
up
RU
Ailə məsuliyyəti qadın səlahiyyəti

Ailə məsuliyyəti qadın səlahiyyəti

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının 30-cu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.

Bahar Muradova bildirib ki, müasir dövrdə ən etibarlı dayaq ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai sabitliyin əsası olub. “Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət mərkəzində saxlayır”, – deyə komitə sədri əlavə edib.

O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüquqi islahatlar barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb. Bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların tətbiqi prizmasından yanaşır.

O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik platforması kimi dəyərlidir. “Üç əsas istiqamətdə beynəlxalq əməkdaşlığı vacib hesab edirik. Bu, ilk növbədə, sosial həmrəyliyin möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal miqyasda paylaşılması ola bilər. Digər istiqamət uşaqların qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə qlobal tərəfdaşlıq – “ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı təcrübələrin mübadiləsi məsələsidir”, – deyə komitə sədri vurğulayıb.

Bahar Muradova “Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusunda keçirilən iclasda da çıxış edib.

O, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb. Bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq, Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.

Qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirildiyini, nikah yaşı ilə bağlı istisnaların ləğv edildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar təmin etməkdədir.

Azərbaycanın qlobal təşəbbüslərə də mühüm töhfələr verdiyini vurğulayan B.Muradova cari ilin iyul ayında ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun keçirildiyini, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcək.

Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri