Icma.az
close
up
RU
Ailə travmalarımız necə ötürülür və qarşısını necə alaq? PSİXOLOQ İZAH ETDİ

Ailə travmalarımız necə ötürülür və qarşısını necə alaq? PSİXOLOQ İZAH ETDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hər birimizin həyatında ailəmizdən gələn görünməz izlər var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

Onun sözlərinə görə, bunlar bəzən açıq şəkildə hiss etdiyimiz yaralar, bəzən isə davranışlarımızda, qərarlarımızda, hətta qorxularımızda gizlənmiş kölgələrdir: "Ailə travmaları — valideynlərimizin, babalarımızın yaşadıqları və həll etmədən bizə ötürdükləri psixoloji yüklər — nəsildən-nəsilə keçərək davam edə bilir.

Travmaların ötürülməsi sadəcə genetik miras deyil; daha çox emosional və davranış modelləri ilə baş verir. Məsələn, valideynlərində daimi narahatlıq yaşayan bir uşaq, öz həyatında səbəbini anlamadığı bir gərginlik daşıya bilər. Eyni zamanda, ailədə danışılmayan, ört-basdır edilən hadisələr (məsələn, itkilər, zorakılıq, xəyanətlər) övladların psixoloji inkişafında iz buraxa bilir.

Bəs bu zənciri necə qıra bilərik?

Birinci addım — fərqindəlikdir. Hansı hisslərimizin və ya reaksiyalarımızın bizə aid olmadığını, əslində ailədən miras qaldığını anlamaq çox önəmlidir. Özümüzə suallar verməliyik: "Bu qorxumun kökü hardadır? Bu reaksiyanı öyrəndim, yoxsa özüm yaratdım?" İkinci addım — bu travmaları dilə gətirmək, susmamaqdır. Güvəndiyimiz insanlarla paylaşmaq, psixoloqdan dəstək almaq, yazaraq emosiya boşaltmaq bu mərhələdə kömək edə bilər.

Nəhayət, unutmayaq: travmaları dayandırmaq üçün hər zaman bir nəfərin oyanması kifayətdir. Biz bu yükü dərk edib üzərində işlədiyimiz zaman, gələcək nəsillərin çiyinlərindən bir yük götürmüş oluruq. Ailəmizdən gələn kölgələri sevgi və anlayışla işığa çıxarmaq, yalnız özümüzü deyil, bütöv ailə tariximizi şəfaya qovuşdura bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri