Icma.az
close
up
RU
Ailədaxili münaqişələr: Həyat yoldaşları niyə qatilə çevrilir?

Ailədaxili münaqişələr: Həyat yoldaşları niyə qatilə çevrilir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə Gəncədə 3 uşaq anasının keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsi xəbəri ölkədə məişət zorakılığına qarşı mübarizənin vəziyyətini bir daha gündəmə gətirib.

Belə ki, mərhum Ayşən Sadıqovanın illərlə davam edən zorakılıq və təhdidlərdən qorunmaq üçün etdiyi müraciətlər təəssüf ki, nəticəsiz qalıb.

Mərhumun anası Mehriban Sadıqovanın verdiyi məlumata görə, Ayşən Sadıqova, hələ 2012-ci ildə - 18 yaşı tamam olmadan, özündən 11 yaş böyük Ramin Alıyev tərəfindən qaçırılıb.

Onlar Gəncənin Gülüstan qəsəbəsində kirayə mənzildə yaşayıb və üç övlad - bir oğlan, iki qız böyüdüb. Lakin kişi illər boyu rəsmi nikaha girməkdən imtina edib.

Ət dükanı işlədən qəssab Ramin Alıyev təxminən dörd il əvvəl gənc bir tələbə ilə münasibət qurduqdan sonra isə ailədə vəziyyət daha da gərginləşib.

M. Sadıqovanın sözlərinə görə, həmin vaxtdan etibarən Ayşən hər gün döyülüb, təhqirlərə və təhdidlərə məruz qalıb. Bir dəfə Ramin stəkanla Ayşənin başına zərbə endirib və hadisənin şahidi olan 5 yaşlı qızı psixoloji travma alaraq danışma qabiliyyətini itirib. 

Uşaq o vaxtdan bəri loqopedin nəzarəti altında məşğələlərə cəlb olunur. Bildirilir ki, Ramin Alıyev sevgilisinə bahalı hədiyyələr aldığı halda, ailəsinə maddi dəstək göstərməyib. Uşaqlara bu illər ərzində nənələri Mehriban Sadıqova baxıb.

Daha sonra Ayşən ata evinə sığınmağa məcbur olub. Lakin R. Alıyev başqa qadınla birgə yaşamasına baxmayaraq, Ayşənin yenidən evə qayıtmasını tələb edib. Bu məqsədlə Ayşəni ət dükanına çağırıb. 

Orada baş verən mübahisə zamanı Ramin Ayşəni döyüb, iti bıçaqla müxtəlif xəsarətlər yetirib. Mərhumun anasının sözlərinə görə, hadisə zamanı qızının paltarı cırılmış, kənar şəxslər tərəfindən o, məhrəba ilə örtülərək evə yola salınmışdır.

Noyabrın 7-də isə Ayşən Sadıqova kiçik qızını loqopeddən götürməyə gedərkən küçədə keçmiş əri tərəfindən bıçaqlanıb.O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Cinayətdə şübhəli bilinən 42 yaşlı Ramin Alıyev isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial media hesabında hadisəyə münasibət bildirərək qeyd edib ki, mərhum qadın bütün instansiyalara müraciət etməsinə baxmayaraq, lazımi müdafiə təmin olunmayıb.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, son vaxtlar təəssüf ki, ailədaxili münaqişələr və qətllər artmaqdadır.

Onun sözlərinə görə, bunun çoxsaylı səbəbləri var:

“Burada əxlaqi dəyərlərin pozulması və xəyanət faktorlarından tutmuş psixi problemli şəxslərin törətdiyi cinayətlərə qədər hər cür səbəb var. Buna görə də hər hansı hadisə baş verdikdə, əvvəlcə onun səbəbləri dəqiq şəkildə araşdırılmalı, sonra münasibət bildirmək lazımdır.

Əlbəttə, heç bir halda qətl və zorakılığa bəraət qazandırmaq olmaz. Lakin hadisəyə hüquqi və sosial kontekstdən baxanda müəyyən vəziyyətlərə uyğun yanaşma formalaşdırmaq mümkündür.

Bəzi hallarda qətllər hər hansı bir xəyanətə görə baş verir. Burada da ciddi səbəblər var və bu səbəblər aradan qaldırılmalıdır. Əgər problem varsa, boşanıb gedib öz işi ilə məşğul olmalıdır. Qadın və ya kişi ailə münasibətlərində xəyanət yolunu seçirsə, bunun mənəvi və sosial baxımdan çox ağır nəticələri ola biləcəyini bilməlidir.

İndi müasirlik adı altında hər kəs hər istədiyini edir. bu da çox ağır nəticələrə gətirib çıxardır. Bu sadəcə mövcud vəziyyətlərdən biridir. Mən indi əsaslarını dedim. Başqa çox saylı səbəblər də var. Məsələn, ailəyə kənar müdaxilələr, şantaj, sosial və iqtisadi problemlər və s. Ümumiyyətlə, insanlar bir-biri ilə münasibətlərdə gərək əvvəlcədən düşüncəli şəkildə hərəkət etsinlər”.

O qeyd edib ki, əgər müraciət edildiyi halda tədbir görülməyibsə, baş verən faciəyə görə məsuliyyət müvafiq qurumların üzərinə düşür:

“Məsələn, bir qadın görürsə ki, həyat yoldaşı narkomandır, alkoqolikdir və ya psixi xəstədir, bu artıq ciddi təhlükə siqnalıdır. Belə hallarda qadın təhlükəni görür və dövlət orqanlarına müraciət edirsə, yardım istəyirsə, bu, təmin olunmalıdır. 

Zərurət yaranarsa, sığınacağa yerləşdirilməlidir. Dövlət orqanları da bu kimi müraciətləri diqqətlə araşdırmalı, qadının təhlükəsizliyini təmin etməlidirlər. Amma bu halda əgər dövlət orqanlarına müraciət olunub və tədbir görülməyibsə artıq məsuliyyət onların boynunda qalır. Bu işə məsul şəxslər cəzalandırılmalıdır. Çünki qətlə şərait və imkan yaradıblar.

Belə bir halda bu məsuliyyət onların üzərinə düşür. O qorunmaya götürülməli və nəzarət altına alınmalı idi. Burada hər hansı başqa səbəb yoxdursa, belə hər halda müraciət edib. Bu səbəblərə vaxtında tədbir görülməlidir”. 

Sosioloq əlavə edib ki, qətllərin bir hissəsi də psixi xəstəliklər fonunda baş verir:

“Belə şəxslər bəzən heç bir səbəb olmadan da zorakı davranışlara meyilli olurlar. Bu cür halların qarşısını almaq üçün vaxtında tibbi nəzarət və müalicə təmin olunmalıdır.

Təəssüf ki, hazırda bir çox psixi xəstələr dispanserlərə yerləşdirilmir və nəzarətsiz şəkildə ortalıqda gəzir. Təbii ki, bu insanlar gec-tez müəyyən cinayətlər törədə bilərlər. Bu gün psixi dispanserlər hətta müraciət edən xəstələri belə qəbul etmirlər.

Ya ciddi səbəbdən, ya heç bir səbəb olmadan bu cür hadisələr baş verir.  Məsələn, bu yaxınlarda belə bir xəbər yayıldı ki, qadın ərini öldürüb. Ya psixi problemi ola bilər, yaxud özü əxlaqsızlıqla məşğuldur. Qadın əxlaqsızlıq məşğul olduğuna görə, ərini öldürüb həyətdə basdırmışdı.

Yəni bu hamısı mənəvi deqradasiyanın nəticəsidir. Digər səbəb psixi problemlərin kəskinləşməsinin nəticəsidir. Əksər hallarda bu insanlar ya psixi xəstədilər, ya da konkret əxlaqsızlıqla məşğuldular.

Yəni 90 faiz bu iki səbəb, qalan 10 faiz isə digər səbəblərdir. Ona görə də insanlar ailə qurarkən yalnız maddi yox, mənəvi cəhətdən sağlam və düşüncəli insanlarla evlənməyə üstünlük verməlidirlər”.

Ekspert vurğulayıb ki, istənilən halda mənəvi dəyərlər baxımından deqradasiyaya uğramışıq deyə bu hallar çoxalır:

“Əvvəllər bizdə bu cür hadisələr çox nadir hallarda baş verirdi. Son vaxtlar “azadlıq”, “müasirlik” adı altında insanların psixologiyası dəyişib, namus cinayətləri çoxalıb. Ondan əlavə insanlarda stress, psixoloji yüklənmə artıb. Bu da gətirir bu kimi faciələrə çıxardır. 

Ümumilikdə, ailədaxili cinayətlərin artması həm mənəvi dəyərlərin zəifləməsi, həm də sosial və psixoloji gərginliyin yüksəlməsi ilə əlaqədardır. İnsanlarda stressin, işsizlik və sosial təzyiqlərin artması, narkomaniya və alkoqolizm kimi problemlərin çoxalması da bu halları stimullaşdırır.

Biz öz milli-mənəvi dəyərlərimizi və ailə sistemimizi düzgün formalaşdırmalıyıq. Ailə qurarkən, həyat yoldaşı seçərkən məsələyə maddi deyil, mənəvi tərəfdən yanaşmaq vacibdir. Düzgün və sağlam ailə qurulduqda, münasibətlər də sağlam olur və belə halların qarşısı alınır. Sosial şəraitin də bu məsələlərə təsiri böyükdür”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Ailədaxili münaqişə Elçin Bayramlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri