Icma.az
close
up
RU
Ailədə bir uşaq nələrə yol açır? Ziyanları çox imiş...

Ailədə bir uşaq nələrə yol açır? Ziyanları çox imiş...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun illər boyu böyük ailələr bolluq və bərəkət rəmzi hesab olunub. Nənə-babalarımızın zamanında 5-6 uşaqlı ailələr adi hal idi. Lakin müasir dövrdə bu mənzərə dəyişib. Artıq bir çox ailələr bir və ya iki uşaqla kifayətlənməyi üstün tutur, bəziləri isə ümumiyyətlə övlad sahibi olmağa maraq göstərmir. 

Bəs niyə bəzi ailələr dünyaya çox uşaq gətirmək istəmirlər? Bu dəyişiklik nə ilə əlaqədardır? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, valideynlərin, əslində, əksəriyyətinin niyyəti daha yaxşı gələcək təmin etdikdən sonra uşaq sahibi olmaqdır. 

Onun sözlərinə görə, iki və ya daha artıq uşaq dünyaya gətirdikdən sonra ciddi maliyyə sıxıntısı yaşayırlar:

“İqtisadi baxımdan övladlarına yetə bilmirlər: təhsilinə, sağlamlığına, geyiminə, qidalanmasına və s. Ona görə də əksəriyyət bir və ya iki uşaqla kifayətlənirlər. Bu da təbii ki, yaxın gələcəkdə demoqrafik problemlər yaradacaq. Üstəlik ailədə uşaqların tək böyüməsi kimi hallarda sosial, psixoloji vəziyyətləri ürəkaçan olmur. Yəni uşağın tək böyüməsi eqoist və xudbin olmasına səbəb olur. Bu da gələcəkdə cəmiyyətdə sosial həyatında ciddi problemlər yaradır”.

Sosioloqun fikrincə, bəzi ailələr də var ki, təminat məsələsi qaydasındadır, amma uşağın birdən çox olmasının tərəfdarı deyillər: “Düşünürlər ki, karyeralarına, şəxsi istirahətlərinə vaxt ayıra bilməyəcəklər, həyat keyfiyyətləri aşağı düşəcək. Yəni bu səbəbdən də uşaq sayını çox etmək istəmirlər. Valideynlər təhsilinə, işinə əhəmiyyət verir və bir uşaqla kifayətlənirlər. Amma ümumilikdə təbii ki, minimum üç uşaq daha əlverişli olar. Həm demoqrafik artımın qaydasında getməsi üçün, həm də uşaqların daha sosial çevrədə böyüməsi səbəbi ilə, adaptasiya məsələsini daha rahat həyata keçirməsi üçün, ümumilikdə ailə institutunun təməlinin möhkəmlənməsi üçün ikidən artıq uşağın olması daha məqsədəuyğun olar. Yəni bu gün dünyada aparılan sosial-psixoloji araşdırmalar onu göstərir ki, ailədə uşaq sayının çox olması onların daha humanist, daha ünsiyyətcil, ümumiyyətlə insani dəyərlərinin daha keyfiyyətli olması baxımından, həm də empatiya, əməkdaşlıq və kollektiv düşünmə bacarıqlarının daha yüksək olduğunu göstərir. Bu cür ailələrdə böyüyən uşaqlar, sosial münasibətlərdə daha uyğunlaşan və digər insanlara qarşı daha anlayışlı olurlar”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri