Icma.az
close
up
RU
Ailələr də azalır, uşaqlar da…

Ailələr də azalır, uşaqlar da…

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əhalimizin sayının artması ilə bərabər onun "qocalması" baş verir.  Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilir. Artıq Azərbaycan da neçə illərdir bu problemlə üzləşib. Əhalinin yaş qrupuna baxsaq görərik ki, gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb. 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni, əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir”. 

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir:

“1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. 

Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb. Bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir. 1990-cı ildə bu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb.  Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında dəyişib”.

Məlumat üçün bildirək ki, ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq dünyaya gətirə bildiyini göstərir. 

Mövzu ilə bağlı “Cümhuriyət” - ə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, son 35 ildə ölkədə uşaqların sayının azalması əsasən iqtisadi imkanların daralması və sıxıntıların çoxalması ilə bağlıdır. Ekspertin sözlərinə görə, iqtisadi imkanların zəif olması nəinki uşaq dünyaya gətirmək, hətta evlilik prosesinə də təsir edir: 

“Cəmiyyətimizdə müəyyən mentalitet formalaşıb.  Bir qız uşağı dünyaya gələndə “bir-iki də oğlan olsun” kimi fikirlər səslənir. Bu səbəbdən də azalma daha çox qız uşaqlarının sayında qeydə alınır. Amma son 35 ildə ölkədə uşaqların sayının azalması əsasən iqtisadi imkanların daralması və sosial-iqtisadi sıxıntıların artması ilə bağlıdır. Qız uşaqlarının sayında daha çox azalma müşahidə olunur ki, bu da dölün cinsinə genetik müdaxilələrlə bağlıdır. 

Hesab edirəm ki, bu genetik seçim Azərbaycanda qəti qadağan edilməlidir. Lakin ümumi səbəb, yəni uşaq sayının azalmasının əsas amili iqtisadi imkanların zəifliyidir. İnsanlar uşaqları necə böyüdəcəyini düşünür, bu isə doğum sayına birbaşa təsir edir. İqtisadi çətinliklər təkcə uşaq dünyaya gətirməyə yox, hətta evlilik prosesinə də təsir edir. Hazırda minlərlə gənc ailə qurmur və bunun əsas səbəbi iqtisadi sıxıntılardır”. 

Akif Nəsirli qeyd edib ki, əgər doğum sayının artmasını istəyiriksə, mütləq şəkildə “uşaqpulu”verilməlidir: 

“Uşaqpulu”nun verilməsi olduqca vacibdir. Bununla yanaşı, digər sosial yardım və dəstək mexanizmləri də tətbiq olunmalıdır ki, ailələr daha çox uşaq dünyaya gətirməyə təşviq olunsun, ailələrdə uşaq sayı çoxalsın. Məsələn, mən doğulduğum ailədə yeddi  uşaq var idi. Amma həmin yeddi uşağın hər birinin indi cəmi bir və ya iki övladı var. 

Niyə? Çünki o vaxt iqtisadi imkanlar daha yaxşı idi, ailələr iqtisadi baxımdan daha sabit idi. Bəli, indiki kimi yüksək tələblər olmasa da, həmin dövrün şərtlərinə uyğun olaraq ailələr öz ehtiyaclarını qarşılaya bilirdilər və çox uşaq saxlamaq çətin deyildi. 

Hökumət də dəstək göstərirdi, stimullaşdırma vardı, hətta medal, “uşaqpulu” verilirdi, analara güzəştlər tanınırdı. O dövrdə yeddi uşaq orta göstərici sayılırdı. Beş və daha çox uşağı olan ailələrə "çoxuşaqlı ailə" statusu verilir, onlara müəyyən güzəştlər tətbiq olunurdu. Məsələn, analar beş il tez pensiyaya çıxırdılar. Bütün bunlar ailələrin uşaq sayına təsir edən mühüm amillər idi”. 

O vurğulayıb ki, əsas məsələ əhalinin gəlirlərinin artırılmasıdır:

“Lakin əhalinin gəlirlərini artıran əsas amillərdən biri də məhz “uşaqpulu”nunverilməsidir. Bu, təkcə maddi deyil, həm də dövlətin mənəvi məsələsidir. 

Çünki uşaq əslində cəmiyyətin gələcəyidir, bu gələcək isə dövlətin taleyini həll edir. Bu baxımdan, hesab edirəm ki, “uşaqpulu”naciddi yanaşılmalıdır. Azərbaycanın iqtisadi imkanları Cənubi Qafqazın digər ölkələrindən yüksəkdir, yəni buna imkan var”.

Əfsanə Rəcəb 
"Cebheinfo.az" 

Açar sözlər: Ailələr uşaqlar Samir Əliyev Akif Nəsirli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri