“Beşiktaş”da İtalyano dövrü Yeni baş məşqçi İstanbula gəlir
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul klubu Vinçentso İtalyano ilə razılığa gəlib.
Klubun futbol direktoru Öndər Özen Belçikadakı görüşlərdən sonra İtaliyaya keçərək italiyalı mütəxəssislə bir araya gəlib.
Danışıqların müsbət nəticələnməsinin ardından prezident Sərdal Adalı da İtaliyaya yollanıb və İtalyano ilə son görüşü keçirib.
Tərəflər arasında anlaşma əldə olunub. “Beşiktaş”ın yeni baş məşqçisi Vinçentso İtalyanonun saat 15:00-da İstanbula gələcəyi bildirilir.
Qeyd edək ki, Vinçentso İtalyano son olaraq “Bolonya”nı çalışdırıb. 48 yaşlı mütəxəssis karyerası ərzində “Arzinyano”, “Trapani”, “Spetsiya”, “Fiorentina” kimi komandalarda da baş məşqçi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 05 İyun 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















