Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılmağa xitam verilməsi ilə bağlı qanun dəyişir.
Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə öz əksini tapıb.
Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə yer alıb.
Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.
Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















