Icma.az
close
up
RU
Rəqəmsal asılılıq: Ailələr və uşaqlar üçün hansı təhlükələr var?

Rəqəmsal asılılıq: Ailələr və uşaqlar üçün hansı təhlükələr var?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən ata və ya ananın başı telefona qarışır, uşaq ya maşın yoluna çıxır, ya ağacdan yıxılır... Sosial şəbəkələrdə belə videolara çox rast gəlirik. Bu kimi görüntülər təkcə səhlənkarlıq deyil, həm də müasir dövrün, rəqəmsal asılılığın acı nəticələrini göstərir. 

Artıq təkcə uşaqlar deyil, böyüklər də smartfon və sosial media aludəçisinə çevrilib. Bu isə ailə münasibətlərinə, valideyn nəzarətinə və uşaqların emosional inkişafına ciddi təsir göstərir.

Rəqəmsal asılılığın ailə dinamikasına təsirindən danışan psixoloq Günay Kəriminin Bakıvaxtı.az-a dediyinə görə, texnologiya dövründə yaşadığımız üçün təəssüf ki, bəzi çətinliklərlə də üzləşirik. Bu proses ailələrə birbaşa təsir edir. Halbuki, sağlam ailə sağlam cəmiyyətin, inkişafın təməlidir. Əfsuslar olsun ki, texnologiya bəzən sağlam ailə münasibətlərini zəiflədir.
Onun sözlərinə görə, bu gün ailələrdə müxtəlif problemlər müşahidə olunur. Valideyn-övlad münasibətlərinin düzgün qurulmaması da bu problemlərin yaranmasına səbəb olur. Ana və atanın övladları ilə kifayət qədər maraqlanmaması bir çox neqativ nəticələrə yol açır:

"Ailə üzvlərinin sosial şəbəkələrə, mobil oyunlara aludə olmasının əsas səbəblərindən biri sərbəstlik və nəzarətsizlikdir. Çünki telefonda nə məhdudiyyət, nə də qadağa hissi var. Hər iki tərəfin – valideynlərin və övladların telefona aludə olması münasibətləri zəiflədir. Ata və ana bir-birilə ünsiyyət qurmur, anlaşmır. Bu isə, yaşından asılı olmayaraq, bütün övladlara mənfi təsir göstərir və ailə bağlılığını zəiflədir”, – deyə psixoloq bildirib.

Günay Kərimi: Hər iki tərəfin elefona aludə olması münasibətləri zəiflədir

O qeyd edir ki, uşaqlar sevgini anadan, güvəni isə atadan alırlar: 

“Əgər diqqət etsək, görərik ki, bir çox uşaqlar böyüyəndə atalarının peşəsini seçir. Ata obrazı çox önəmlidir, eyni zamanda ana obrazı da. Onlar bir-birini əvəz edə bilməz. Bu səbəbdən, işdən nə qədər yorğun qayıtsaq da, övladlarımıza vaxt ayırmağı unutmamalıyıq”.

Psixoloq sonda əlavə edib ki, bəzən valideynlər uşaqları sakit tutmaq üçün onlara telefon verir. Halbuki bu yanaşma uşaqları kiçik yaşlarından texnologiyaya aludə edir və onların psixoloji, sosial inkişafına mənfi təsir göstərir.

Bəs bu oyunlar necə asılılıq yaradır? 

Məsələ ilə bağlı Bakıvaxtı.az-la danışan informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, hazırda internetdə asılılıq yaradan bir çox istiqamət, proqram və oyunlar mövcuddur.

Oyunlar üzərindən insanlar təkcə vaxtlarını deyil, eyni zamanda pullarını da itirirlər:

“Oyunlar vasitəsilə insanlar həm kiberdələduzluğa məruz qalır, həm də dəyərli vaxtlarını itirirlər”.

Elvin Abbasov: Bu oyunlar təkcə uşaqlara deyil, artıq böyüklərə də təsir edir

Onun sözlərinə görə, elə oyunlar var ki, istifadəçiləri manipulyasiya edir:

“Bəzi oyunlar qadağan edilsə də, yenə də fəaliyyət göstərənlər var. Bu oyunlar təkcə uşaqlara deyil, artıq böyüklərə də təsir edir".

O, hesab edir ki, bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə işləməli, hansı oyun və proqramların zərərli olduğunu araşdırmalı, profilaktik tədbirlər görməlidir.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri