Icma.az
close
up
RU
Ailələr evə, sosial yardıma, alimentə görə boşanır?

Ailələr evə, sosial yardıma, alimentə görə boşanır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə boşanmaların sayı sürətlə artmağa davam edir. 

Rəsmi statistikaya əsasən, bu ilin ilk iki ayında 3376 boşanma qeydə alınıb ki, bu da hər 1000 nəfərə 2 boşanma deməkdir. Bu göstərici son 85 ilin ən yüksək səviyyəsi kimi qiymətləndirilir. 

Müqayisə üçün qeyd edək ki, Avropada orta göstərici hər 1000 nəfərə 1,6 təşkil edir. Maraqlıdır, boşanmalar həqiqətən çoxdur, yoxsa cütlüklər müəyyən məqsəd üçün, məsələn, müavinət, ev kimi məsələlərə görə rəsmən ayrılmağı, amma əslində bir yerdə yaşamağı üstün tuturlar? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib ki, həqiqətən də boşanma pik həddə çatıb: 

“Belə bir vəziyyətin baş verməsi əlbəttə ki, təkcə dağılan ailələr üçün deyil, bütün cəmiyyət üçün bir faciədir. Çünki dağılmış hər bir ailədə itirən uşaqlardır. Boşanmaların artmasının birinci səbəb ailə dəyərlərinin aşınması, deqradasiyaya uğramasıdır. 

İkinci səbəb “mən” və “mənim üçün” düşüncələrinin ailə üçün yaşamaq fikirlərinə üstün gəlməsidir. Üçüncü səbəb isə ailələrə yaxın qohumların müdaxiləsi, xəyanət, zərərli vərdişlər və s. kimi amillərdir. Əlbəttə, bütün bunların əsasında sosial problemlər - işsizlik, evsizlik, maaşın azlığı və s. Dayanır”. 

Onun sözlərinə görə, son zamanlar gənclər bu problemlərə görə evlilikdən də imtina etməyə başlayıblar: 

“Bu isə nəsil artımının azalması deməkdir. Əlbəttə, bəzən xoşagəlməyən səbəblərdən də boşanma üçün müraciət edənlər olur. Məsələn, məcburi köçkün olan şəxslərin hər ikisi üçün azad olunan rayonda ev almaq məqsədilə, sosial yardım, aliment almaq və s. kimi hallar da mövcuddur. Lakin bu hallar çox azdır”. 

O qeyd edib ki, çox vaxt səbəb yox, nəticə ilə mübarizə aparılır: 

“Halbuki səbəbləri araşdırmaq və həlli yollarını tapmaq daha vacibdir. Boşanmanın artması bəzən sevginin bitməsi deyil, münasibətin idarə olunmamasıdır. Bu dəfə fərqli üç səbəbi belə ifadə edə bilərik. 

Birinci səbəb fərdi sərhədlərin pozulmasıdır. Münasibətdə “biz” olmaq uğrunda “mən” itirildikdə daxili narazılıq yaranır. İnsan özünü boğulmuş hiss etdikcə emosional olaraq uzaqlaşmağa başlayır. İkinci səbəb maddi və sosial stresslərdir. 

Gündəlik həyatın yükü - pul, iş və müxtəlif məsuliyyətlər emosional bağa ciddi təzyiq göstərir. Stress düzgün idarə olunmadıqda münasibət də bundan zərər görür. Üçüncü səbəb isə dəyişməyə müqavimətdir. 

İnsanlar zamanla dəyişir, lakin münasibət eyni qalmaq istəyəndə konfliktlər yaranır. Uyğunlaşma olmadıqda isə tərəflər arasında uzaqlaşma başlayır. Münasibətlər sabit olmur ya inkişaf edir, ya da geriləyir. Əsas məsələ sevgini qoruyan psixoloji yetkinlik, qarşılıqlı anlayış və hörmətdir”. 

Hüquqşünas Şamil Paşayev isə bildirib ki, boşanmaların artması və ya azalmasına cəmiyyətin bu dərəcədə həssas yanaşması bir qədər anormaldır: 

“İnsanlar bir yerdə yaşaya bilmirlərsə, fiziki və psixoloji şiddət varsa, sevgiləri tükənibsə, başqa insanları sevirlərsə, boşanmaları normal haldır. 

Evlilik Azərbaycanda başa düşüldüyü kimi, insanları zorla bir yerdə saxlamaq deyil. Sadəcə bizim cəmiyyət insanları məcbur bir yerdə saxlamaq istəyir. Bu isə tamamilə absurddur. 

Boşanmalara bu qədər narahat olmaq əvəzinə daha doğru yanaşma insanların evlənərkən bəzi məsələlərdən xəbərdar olmasına kömək etmək olardı. Evlilik anlayışı düzgün izah edilməlidir. Biz ona görə çox boşanırıq ki, niyə evləndiyimizi bilmirik. 

Evləndiyimizin səbəbini anlamırıq və evliliyə həyatın növbəti mərhələsi kimi baxırıq: bağçaya getmək, məktəbə getmək, universitetə getmək, əsgərliyi bitirmək və sonra evlənmək kimi. Amma evlilik həyatın sadəcə bir mərhələsi deyil. Evlilik insanın öz həyatını başqa bir insanla birləşdirməsidir”. 

O qeyd edib ki, insanlar evliliyə əlavə mənalar yükləyirik: “Namus, qeyrət, xəyanət, aldatmaq və s. Halbuki evlilik iki insanın nikahıdır, nikah isə bir müqavilədir və bu müqavilə də onların əmlak rejimini müəyyən edir. Evliliyə əlavə mənalar yükləmək isə gərəksizdir”. 

O qeyd edib ki, Azərbaycanda boşanmalar artacaq və bu artan templə davam edəcək, evliliklər isə azalacaq: 

“Yaxın gələcəkdə bunun dəyişəcəyini görmək mümkündür və vəziyyət tamamilə normal hala düşəcək. O halda ki, insanlar artıq evlənərkən rasional yanaşacaqlar, niyə evləndiklərini biləcəklər, evlənməmişdən əvvəl kişi və qadın daha çox zaman keçirəcək, bir-birinin xarakterinə, xasiyyətinə, zövqlərinə, cinsi istəklərinə baxıb obyektiv qiymətləndirmə aparacaqlar və ondan sonra evlənəcəklər. 

Bundan sonra boşanmalar da stabil hala düşəcək. Boşanmalardan qorxmaq lazım deyil. Qorxmalı olan məqam evlilikdə insanların absurd düşüncələrlə bir-birinə zərər verməsi, xəsarət yetirməsi və şiddət göstərməsidir. 

Bu məsələ şəxsi seçimdir, şəxsi istəkdir və bundan narahat olmaq lazım deyil. Kiminsə boşanma ilə bağlı köməyə ehtiyacı varsa, dövlət, özəl qurumlar və QHT-lər vətəndaşlara bu məsələdə dəstək göstərir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: sosial yardım Zenfira Mustafayeva Şamil Paşayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri