Icma.az
close
up
RU
Azərbaycanda sosial müavinət alan çoxuşaqlı AİLƏLƏR

Azərbaycanda sosial müavinət alan çoxuşaqlı AİLƏLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur.

Ötən gün deputat Razi Nurullayev bildirib ki, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq. 

O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir.

"Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”, - deputat bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə sosial müavinət alan çoxuşaqlı ailələrin sayı 70 000-ə yaxındır.

"Onlardan 5-dən çox uşağı olan hər uşağa görə müavinət alan qadınların sayı 2 800-dən çoxdur. Eyni zamanda yaşa görə müavinət alan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan ailələrin sayı 4 300-dən çox, üç və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sayı isə 62 000-dən çoxdur", - qurumdan verilən məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri