Icma.az
close
up
RU
Hansı qadınlar alimentə görə boşanır? EKSPERT AÇIQLADI

Hansı qadınlar alimentə görə boşanır? EKSPERT AÇIQLADI

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deputat Razi Nurullayevin açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Deputat bildirdi ki, bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir.

Daha sonra əlavə edib ki, ona müraciət edənlərin 10-dan 8-i boşanmaq istəyən qadınlardır: "Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Aliment qadınların boşanmasını stimullaşdırır. Düşünürəm ki, Aliment Fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər isə qanunvericiliklə cəzalandırılmalıdırlar".

Bu açıqlama medianın və sosial şəbəkə istifadəçilərinin əsas müzakirə obyektinə çevrildi. Bəs görəsən reallıq necədir? 

Mövzu ilə bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvü İlhamə Həsənova  Moderator.az-a danışdı. Bilirdi ki, boşanma ilə bağlı iddialar ən çox qadınlar tərəfindən qaldırılır:

"Təcrübəmdə daha çox şahidi oluram ki, boşanma ilə bağlı iddialar ən çox qadınlar tərəfindən qaldırılır. Bunun bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, kişilər mental dəyərlərə bağlı olaraq ailələrini daha çox qorumağa meyillidirlər. Özlərinə sığışdırmırlar ki, ailələlərini dağıtsınlar. Birinci təşəbbüsün qadın tərəfindən gəlməsi kimi  bir mövqedə dururlar. Bu qadınların daha çox müraciət etməməsi kimi səbəbləndirilə bilər. Qadınların daha çox müraciət etməsinin səbəbi aliment almaq istəməsi deyil. Mən bunu öz təcrübəmdə görmürəm və bəzən də qadınların heç aliment tələb etmədiyinin şahidi oluram. Qadınlar alimenti yalnız uşaqlar üçün istəyirlər. Çünki qadının maddi vəziyyəti uşaqları saxlamağa imkan vermir və  aliment almaq uşaqların hüququdur. Aliment ataya- anaya verilmir, uşağa verilir. Ona görə də boşanmanın 70 faizinin səbəbkarının qadınlar olması, bunun da səbəblərindən ən önəmlisi aliment alması fikri ilə  razılaşmıram.

Boşanmaların səbəbkarı kişilərdir ki, qadınlar boşanmağa daha çox müraciət edirər. Çünki ailələrdə adətən vəziyyəti boşanmağa qədər gətirib çıxardan yollar, səbəblər ən çox kişilər tərəfindən olur. Məhz bu səbəbdən səsləndirilən fikirlərlə razı deyiləm. Qadınların alimentə görə boşanmaq istəmə səbəbi çox absurd görünür. Açığı onu deyim ki, bəzən kişilər alimenti ödəmirlər, hansı ki, alimentin məbləği də o qədər yüksək deyil. Alimentlə bağlı İcra hakimiyyətlərində icraların səndələrinin 60-70 faizi icra oluna bilmir.

Kişilər bəzən də aliminet ödmirlər, imkanlarının olmadıqlarını bəhanə gətirib yayınmağa çalışırlar. Ya çıxıb ökədən gedirlər, ya da müxtəlif vasitələrlə  aliment ödəməkdən yayınırlar". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Mart 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri