Icma.az
close
up
RU
Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir!

Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir!

Icma.az, Axar.az saytına istinadən bildirir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?

Axar.az xəbər verir ki, bu sualı millət vəkili Vüqar Bayramov cavablandırıb.

“Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.

Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”, - millət vəkili qeyd edib.

O bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:

“Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.

Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin ayliq müavinət almasına imkan yarada bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri