Mercedes Benz və Maybach da əyləc mayesi sıza bilər: 3500 dən çox avtomobil geri çağırılır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin rəsmi bildirişində məlumat verilib.
Söhbət ön təkərlərin əyləc şlanqlarından gedir. Rəsmi sənədə əsasən, onların konstruksiyasında elastiklik kifayət qədər nəzərə alınmadığından müəyyən şəraitdə gərginlik bir nöqtədə toplana, nəticədə şlanqda çat yarana bilər. Avtomobildən istifadəyə davam edildikdə əyləc mayesinin sızması və əyləcləmə gücünün azalması riski mövcuddur.
Yaponiyadakı kampaniya 2022-ci il mayın 9-dan 2025-ci il mayın 12-dək Yaponiyaya idxal olunmuş "S400d 4MATIC", "S450d 4MATIC", "S500 4MATIC", "S580 4MATIC", "S580e 4MATIC", "Mercedes-Maybach S580 4MATIC" və "Mercedes-Maybach S680 4MATIC" versiyalarını əhatə edir.
Nazirliyin məlumatına görə, nasazlıqla bağlı bir müraciət qeydə alınıb, bu problemə aid qəza faktı isə göstərilməyib. Təsirə məruz qalan avtomobillərin ön əyləc şlanqları təkmilləşdirilmiş hissələrlə ödənişsiz əvəzlənəcək.
Mövcud bildiriş 2025-ci ilin mayında elan edilmiş kampaniyanın Yaponiyada genişləndirilməsidir. Avtomobil sahiblərinə şassi (VIN) nömrəsi üzrə rəsmi "Mercedes-Benz" servisinə müraciət etmək tövsiyə olunur.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















