Icma.az
close
up
RU
Ailələri dağıdan görünməz təhlükə: NARSİZİM BƏLASI

Ailələri dağıdan görünməz təhlükə: NARSİZİM BƏLASI

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Son illər “narsizm” anlayışı ən çox müzakirə olunan psixoloji mövzulardan birinə çevrilib. Lakin hər eqoist və ya özünü sevən insanı narsist adlandırmaq doğru deyil.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli ailə məsləhətçisi Prof. Dr. Ferhat Aslanın fikrincə, həqiqi narsistik şəxsiyyət pozuntusu ailə münasibətlərini sarsıdan, həyat yoldaşı və övladlar üzərində dərin psixoloji izlər buraxan ciddi problemdir.

Aslanın sözlərinə görə, narsist insan münasibətin əvvəlində ideal həyat yoldaşı təsiri bağışlayır. O, qarşı tərəfə həddindən artıq diqqət göstərir, sevgisini nümayiş etdirir, gələcəklə bağlı böyük vədlər verir. Lakin evlilikdən sonra bu davranışların yerini tənqid, alçaltma, günahlandırma və manipulyasiya tutur. pizza sifarişi

Professor bildirir ki, narsist insan həyat yoldaşını şəxsiyyət kimi deyil, öz ehtiyaclarını qarşılayan vasitə kimi görür. Onun fikrincə, belə insanlar qarşı tərəfi deyil, ondan əldə etdikləri faydanı sevirlər. Maraqları bitdiyi anda münasibətdəki sevgi də yox olur.

Ferhat Aslan hesab edir ki, narsistlə yaşayan insanların əksəriyyəti zaman keçdikcə özlərinə inamlarını itirirlər. Onlar əvvəlki enerjilərini və həyat sevincini itirir, daim yorğun hiss edir, hətta problemin özlərində olduğunu düşünməyə başlayırlar.

Ekspert qeyd edir ki, narsistin əsas silahlarından biri manipulyasiyadır. O, qarşı tərəfi elə istiqamətləndirə bilir ki, sonda zərərçəkən insan belə özünü günahkar hesab etməyə başlayır. Məhz buna görə də bir çox ailədə psixoloji zorakılığı vaxtında müəyyən etmək çətin olur.

Gizli narsistlər daha təhlükəlidir

Ferhat Aslanın sözlərinə görə, gizli narsistləri tanımaq daha çətindir. Belə insanlar cəmiyyət arasında mehriban, yardımsevər, təvazökar və fədakar insan təsiri bağışlayırlar. Hətta ətrafdakıların gözündə "mələk" kimi görünür, hər kəs onları nümunəvi həyat yoldaşı və ya valideyn hesab edir. Lakin evə qayıtdıqda tamamilə fərqli sima ortaya çıxır. Ekspert bildirir ki, gizli narsist həyat yoldaşını alçaldır, emosional təzyiq göstərir, manipulyasiya edir və psixoloji zorakılıq tətbiq edir. Məhz buna görə də zərərçəkən şəxs yaşadıqlarını yaxınlarına danışanda çox vaxt ona inanmırlar. Çünki hamının tanıdığı insanla evdə gördüyü insan eyni olmur.

Uşaqlar da bu münasibətdən zərər görür

Prof. Dr. Ferhat Aslan hesab edir ki, narsistik davranışlar yalnız ər-arvad münasibətlərinə təsir etmir. Belə valideynlər övladlarını da müstəqil şəxsiyyət kimi qəbul etmirlər.

Onun sözlərinə görə, narsist ana və ya ata uşağın uğurlarını öz nailiyyəti kimi təqdim edir, daim onun yüksək nəticələr əldə etməsini istəyir. Çünki bu uğurlar valideynin cəmiyyətdə daha çox təriflənməsinə xidmət edir. Belə yanaşma isə uşağın emosional inkişafına və özünüdəyər hissinə mənfi təsir göstərə bilər.

Narsizmin əsası uşaqlıqda qoyulur

Ferhat Aslan narsizmin formalaşmasında ailənin rolunu həlledici hesab edir. O bildirir ki, uşağın ilk illərdə qeyd-şərtsiz sevgi, şəfqət və emosional təhlükəsizlik hissindən məhrum qalması empati hissinin zəifləməsinə səbəb ola bilər.

Digər tərəfdən, uşağın həddindən artıq təriflənməsi, heç bir səy göstərmədən daim üstün göstərilməsi də gələcəkdə narsistik xüsusiyyətlərin inkişafına zəmin yarada bilər. Professorun fikrincə, sağlam ailə mühiti, sevgi və balanslı tərbiyə uşağın psixoloji inkişafında əsas rol oynayır.

“Narsisti məntiqli izahlarla, dəlillərlə və ya telefonunda yazdığı mesajları göstərərək inandırmağa çalışmaq həyatın ən böyük səhvlərindən biridir. O, elə manipulyasiya edir, elə məntiq oyunları qurur ki, sonda özünüzü günahkar hiss etməyə başlayırsınız. Hətta “Mən niyə onu belə ittiham etdim?” deyə düşünür, bir neçə dəqiqə sonra isə üzr istəyən tərəf siz olursunuz”

Narsistin pula münasibəti

Prof. Dr. Ferhat Aslanın fikrincə, narsist üçün pul sadəcə maddi vasitə deyil, həm də güc, nəzarət və üstünlük alətidir. O bildirir ki, narsist insan çox vaxt maliyyə imkanlarından qarşı tərəfi idarə etmək üçün istifadə edir. Xərclədiyi pulu tez-tez qarşı tərəfin üzünə vurur, etdiyi maddi yardımı minnətə çevirir və bunun müqabilində təşəkkür, tərif və itaət gözləyir. Ekspert qeyd edir ki, bəzi narsistlər isə əksinə, həddindən artıq xəsis davranır, şəxsi marağı olmayan heç bir işə pul xərcləmək istəmir. Onun sözlərinə görə, narsistin pul və maddi imkanlarla bağlı əsas məqsədi paylaşmaq deyil, üstün mövqe qazanmaq və ətrafındakı insanları özündən asılı vəziyyətdə saxlamaqdır.

"Narsist həyat yoldaşını sevməz. O, həyat yoldaşındakı sevgini deyil, ondan əldə etdiyi mənfəəti sevər. Mənfəəti bitdiyi anda sevgisi də bitər" - deyə bildirir.

“Hər kəsi narsist adlandırmaq olmaz”

Ekspert vacib bir məqama da toxunur. Onun sözlərinə görə, bəzi narsistik xüsusiyyətlər müxtəlif insanlarda müəyyən dərəcədə müşahidə oluna bilər. Lakin bu, həmin şəxsin narsistik şəxsiyyət pozuntusundan əziyyət çəkməsi anlamına gəlmir.

Ferhat Aslan vurğulayır ki, bu diaqnoz yalnız psixoloq və ya psixiatr tərəfindən qoyula bilər. İnsanların yaxınlarını təkcə bir neçə davranışına görə "narsist" adlandırması yanlış nəticələrə səbəb ola bilər.

Professor hesab edir ki, sağlam ailənin təməlində empati, hörmət, qarşılıqlı məsuliyyət və qeyd-şərtsiz sevgi dayanır. Bu dəyərlər zəiflədikdə isə münasibətlər manipulyasiya, emosional təzyiq və etimadsızlıq üzərində qurulur ki, bu da həm ailə institutuna, həm də fərdlərin psixoloji sağlamlığına ciddi zərbə vurur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri