Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ailəni Dağıdaraq Azadlıq Qazanmaq Olarmı?

Ailəni Dağıdaraq Azadlıq Qazanmaq Olarmı?

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə azadlıq anlayışı o qədər təhrif olunub ki, artıq insanlar ailə dəyərləri ilə azadlığı bir arada təsəvvür etməkdə çətinlik çəkir. Xüsusilə də son illərdə televiziya, radio və sosial şəbəkələrdə qadın azadlığı və ailə münasibətləri haqqında yayılan verilişlər, mövzular və debatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur.

Bəs bu narahatlıq nədən qaynaqlanır?

“Azadlıq” adı altında ailəyə edilən zərbə

Artıq efirlərdə demək olar ki, hər gün ailə məsələləri müzakirə olunur: "qadın ərinə tabesizlik göstərdi", "ər həyat yoldaşına xəyanət etdi", "gəlin qayınanaya hörmətsizlik etdi", "uşaq atılıb", "qadın azadlığını tələb etdi" və s. Ən təhlükəlisi isə odur ki, bu halların əksəriyyəti cəmiyyətə normal kimi təqdim olunur. Və əgər bu “normaları” davamlı şəkildə gənclərə sırıyırıqsa, gələcəyimiz nə olacaq?

Əlbəttə, cəmiyyət dəyişir, zaman irəliləyir. Amma dəyişmək ailəni əzmək, qadını ailəyə qarşı qoymaq, dəyərləri ayaqlamaq bahasına baş verməməlidir.

Qadınlar tarix boyu Azərbaycan mədəniyyətində yüksək yer tutub. Onlar nə hörmətsizlik olub, nə də azadlıqdan məhrum. Tariximiz Sara Aşurbəyli, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəylinin bacısı Ümmügülsüm kimi yüzlərlə qadını tanıyır. Onlar öz sözünü deyib, elmə, ədəbiyyata, cəmiyyətə töhfələr verib. Amma heç biri ailədən, övladdan, milli dəyərdən imtina etməyib.

Mediada formalaşan təhlükəli model

Bugünkü media isə başqa model formalaşdırır:

Qadın ailəsini tərk etməlidir ki, "özünü tapa bilsin"

Həyat yoldaşı ilə problem yaşayan şəxs efirə çıxıb bütün həyatını danışmalıdır

Valideynlər canlı yayımda övladlarını ittiham etməlidir

Ər və arvad ictimai qınaqla “dəyişməyə” məcbur edilməlidir

Bütün bu səhnələr reytinq üçün hazırlanır, amma təsiri cəmiyyətin şüuraltısına işləyir. İllərlə qurulan ailə modeli dəyişir, övladlar psixoloji baxımdan zərbə alır, hörmət, səbir, bağışlama kimi anlayışlar sıradan çıxır.

Maarifləndirmə əvəzinə şou

Əslində media böyük bir gücdür. Cəmiyyətin tərbiyəsində, maarifləndirilməsində, yeni nəslin yetişdirilməsində böyük rol oynayır. Amma bu gücdən nə məqsədlə istifadə etdiyimiz çox önəmlidir.

Əgər efirdə ailə dəyərlərinin təbliği, qadınların uğur hekayələri, ana-övlad münasibətlərinin gözəl nümunələri, qarşılıqlı hörmət və anlaşma mövzu olsaydı, bu, cəmiyyətdə daha sağlam bir atmosfer yarada bilərdi.

Amma təəssüf ki, bu gün maarifləndirmə yox, şou ön plandadır. Ailənin sirri, şəxsi münasibətlər, övlad tərbiyəsi canlı yayıma çıxarılır və “ictimai hökmə” çevrilir.

Qadın azadlığı nədir, nə deyil?

Qadın azadlığı oxumaq, işləmək, inkişaf etmək, fikrini sərbəst ifadə etmək, hüquqlarını qorumaq deməkdir. Qadın azadlığı ailəni dağıtmaq, övladı tərk etmək, ərinlə düşmən olmaq, ailəni sosial mediada biabır etmək deyil.

Azad qadın — ailəsini sevən, hörmət edən, amma eyni zamanda öz fikri, öz dünyası olan qadındır. O, dəyərləri ilə barışıq içində azad ola bilər. Azadlıq heç vaxt ailə üzərində qələbə qazanmaq anlamına gəlmir.

Nəticə və çağırış:

Media – ya dəyər aşılayar, ya dəyəri məhv edər. Biz ailəni, qadını, gələcək nəsli qorumaq istəyiriksə, ilk olaraq ekranlarımızı və efirlərimizi təmizləməliyik. Ailənin sirrini qorumağı öyrətməliyik, qadınlara təkcə "azad ol" deməməli, "dəyərlərinlə birgə azad ol" deməyi bacarmalıyıq.

Və ən önəmlisi, reytinq naminə ailəni qurban verməməliyik.

Vüqar Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri