Icma.az
close
up
RU
Uşağı döymək olarmı?

Uşağı döymək olarmı?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Döyülən uşaqlar kinli olur. Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir.

Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif  formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

- Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.

- Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.

- Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.

- Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

- Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:

- Deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da yoxdur.

Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa - üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu ana-ataya deyil, zülümkara yaraşır.

Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar:

- Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;

- Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq).

Yenə də, əsas qaydamızı təkrarlayaq:

Əlinizdən gəldiyi qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tədbiq etməməyə çalışın.

Sonda isə onu demək istəyirəm ki, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata birgə uşağın tərbiyəsinə ciddi fikir verməlidirlər.

İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı xətər yetirmədən böyütmək mümkündür.

“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

Narinc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri