Komitə sədri Xalq artistini təbrik etdi
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Xalq artisti, ictimai və sənət xadimi Flora Kərimovanı 85 illik yubileyi münasibətilə təbrik edib.
Sənətkara ünvanlanan məktubda deyilir:
“Hörmətli Flora xanım,
Sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı diləyirəm!
Siz Azərbaycan musiqi mədəniyyətinin ən parlaq və özünəməxsus simalarından biri, milli vokal sənətimizin canlı əfsanələrindənsiniz. Siz zəngin yaradıcılıq yolu keçmiş, sənətə, xalqa və milli-mənəvi dəyərlərimizə sədaqətlə xidmət etmisiniz.
Bənzərsiz səs tembriniz, yüksək ifaçılıq məharətiniz, səhnə mədəniyyətiniz və sənətə məsuliyyətli münasibətiniz Sizi Azərbaycan musiqi tarixində xüsusi yerə sahib etmişdir. İfa etdiyiniz mahnılar neçə-neçə nəslin mənəvi dünyasının ayrılmaz parçasına çevrilmiş, xalqımızın sevincinə, kədərinə, sevgisinə və ümidlərinə tərcüman olmuşdur.
Sizin sənət fəaliyyətiniz yalnız musiqi uğurları ilə məhdudlaşmır; hər zaman fəal vətəndaş mövqeyi nümayiş etdirməyiniz, həqiqətə və ədalətə bağlılığınız, milli maraqların müdafiəsində nümayiş etdirdiyiniz prinsipiallıq cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanmışdır.
Flora Kərimova adı Azərbaycan musiqisinin, sənətə sədaqətin və vətəndaş məsuliyyətinin rəmzlərindən biridir. Xalqımızın sevgisini qazanmaq hər sənətkara nəsib olmur. Siz isə bu sevgini uzun illər boyunca zəhmətiniz, istedadınız və şəxsiyyətinizlə qazanmışsınız.
Əlamətdar yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayıram!”
Baxış sayı:186
Bu xəbər 21 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















