Icma.az
close
up
RU
Aİnin ədliyyə komissarı üzv ölkələri Ukraynaya yardımı artırmağa çağırıb

Aİnin ədliyyə komissarı üzv ölkələri Ukraynaya yardımı artırmağa çağırıb

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya dəstək üçün artıq 124 milyard avro xərcləyiblər, lakin bu, kifayət deyil və avropalılar təcili olaraq Kiyevə yardımlarını artırmalıdırlar.

Bu barədə Avropa Komissiyasının iclasında Avropanın ədliyyə komissarı Didye Reynders bildirib.

“Avropa İttifaqı və ona üzv dövlətlər tərəfindən Ukraynaya və onun xalqına ümumi yardım təxminən 124 milyard avro təşkil edir".

O vurğulayıb ki, Aİ ölkələri Ukraynaya hərbi ehtiyaclar üçün 45,5 milyard avro yardım edib və F-16 təyyarələri də daxil olmaqla, öz ehtiyatlarından “geniş çeşiddə silah” tədarük edib.

Reynders qeyd edib ki, Aİ Ukraynada hərbi istehsalın inkişafına 1,5 milyard avroluq ikinci tranşdan immobilizasiya olunmuş Rusiya aktivlərindən cəlb edilmiş 1 milyard avro sərmayə qoymaq niyyətindədir.

“Gözlənilən 1,5 milyard avroluq növbəti tranşdan biz Ukraynanın [müdafiə] sənayesinə 1 milyard avro ayırmağı təklif edirik”, - Reynders bildirib.

O, daha əvvəl açıqlanan rəqəmləri də dilə gətirib, ona görə ki, Aİ Kiyevə səkkiz aylıq gecikmə ilə də olsa, 1 milyon mərmi tədarük etmək vədini yerinə yetirib və Ukrayna silahlı qüvvələri üçün 65 min əsgərin təlimini artıq başa çatdırıb.

"Lakin bu, döyüş meydanındakı vəziyyəti dəyişmək üçün kifayət deyil" deyən Avropa komissarı Aİ ölkələrini "təcili olaraq yenidən yardımı artırmağa" çağırıb.

Reynders Ukraynanın bütün Aİ ölkələri, NATO və G7, eləcə də onların ən yaxın tərəfdaşları tərəfindən göndərilən nəhəng silah həcminə malik olmaması faktını Rusiyanın İran, Çin və KXDR tərəfindən dəstəklənməsi ilə izah edib.

Mövsüm

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see151

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see145

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see139

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see130

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see124

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see118

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see117

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see111

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see111

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri