Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Sərhədlərlərlə bağlı YENİ XƏBƏR Bu tarixdə açılacaq?

Sərhədlərlərlə bağlı YENİ XƏBƏR Bu tarixdə açılacaq?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Nə baş verəcəksə, Azərbaycanla koordinasiyalı şəkildə baş verəcək

“Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Bu addım Avropada ”soyuq müharibə" dövründən qalan axırıncı qapalı sərhədə son qoyacaq və Cənubi Qafqazda ticarətin bərpasına şərait yaradacaq".

Bu barədə “Bloomberg” mənbələri məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə-Ermənistan sərhədinin açılması 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanın baş naziri Nikol Paşinyana mühüm siyasi dəstək qazandıra bilər.

Həmsöhbətlər bildiriblər ki, yalnız belə razılaşmalar əldə olunduqdan sonra Türkiyə Ermənistanda səfir göndərə və iki ölkə arasında diplomatik münasibətləri tam bərpa edə bilər.

Bu nədir, ehtimal, yoxsa informasiya? Qərb mediasının sərhədlərin açılacağı ilə bağlı bu əminliyi haradandır? Belə çıxır, Ankara sülh müqaviləsi imzalanmadan, sadəcə, Paşinyanın partiyasına seçki dəstəyi üçün sərhədləri aça bilər? 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə Türkiyə və Ermənistan arasında münasibətlərdə irəliləyiş var və tərəflər münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin eləyiblər: “Xüsusi nümayəndələr bu günə qədər altı görüş keçiriblər və bu görüşlərdə münasibətlərin normallaşması üçün ciddi addımlar atılıb. Bir çox istiqamətlərdə müəyyən razılaşmalar mövcuddur. O cümlədən sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması gələcəkdə Gümrü-Qars dəmiryolunu bərpası, elektrik şəbəkələrinin bir-birilə əlaqələndirilməsi və digər məsələlər artıq prinsip olaraq razılaşdırılıb. O ki qaldı ”Bloomberg" nəşrinin 6 ay ərzində Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə iddiasına, bu iddia üçün müəyyən əsasların olduğunu, görünür ki, onlar nəzərə alırlar. Belə ki, xüsusilə də 8 avqust Vaşinqton görüşündə sülh müqaviləsinin mətninin paraflanması və Zəngəzur dəhlizi - TRİP marşrutunun açılması ilə bağlı əldə olunmuş razılaşmalar prosesə ciddi şəkildə təsir etdi. Məhz bundan sonra Azərbaycanın  iki ən yaxın müttəfiqi Türkiyə və Pakistanın Ermənistanla münasibətlərində də bir ciddi irəliləyişlərin əldə olunduğunu deyə bilərik. Pakistan Ermənistanla diplomatik münasibətləri qurmaq prosesinə başladı, Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin 6-cı görüşü keçirilib və bu görüş kifayət qədər konstruktiv görüş oldu".

Politoloqun sözlərinə görə, ümumən götürdükdə münasibətlərin düzəlməsi istiqamətində işlər intensiv xarakter alıb, amma amma sərhədlərin konkret olaraq 6 ay ərzində açılacağının iddia, yoxsa dəqiq informasiya olduğunu söyləmək biraz çətindir: “Lakin nəzərə alsaq ki, Türkiyə tərəfinin sərhədlərin açılması üçün dəfələrlə açıqlanmış mövqeyi var. İki həftə öncə xarici işlər naziri Hakan Fidan bəyan etdi ki, sərhədlərin açılması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı məsələdir. Nazir bir daha bəyan etdi ki, Türkiyə sərhədlərin açılması məsələsini iki şərtə bağlayır. Birinci şərt Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, ikinci şərt Zəngəzur dəhlizinin açılmasıdır. İkinci şərtin həyata keçməsi ilə bağlı artıq müəyyən addımlar atılıb, ABŞ və Ermənistan nümayəndələri arasında keçirilən görüşdə ilkin razılaşmalar əldə olunub və Paşinyanın da bəyan etdiyi kimi, bu marşrutun açılması ilə bağlı sahədə işlər gələn ilin ikinci yarısında başlanacaq. Azərbaycanla sülh sazişinə gəldikdə isə, bu Ermənistandan konstitusiya dəyişikliyinin vacibliyini özündə əks etdirir. Yəni bu məsələlər həllini tapmadıqca düşünmürəm ki, Türkiyə Azərbaycanla razılaşmadan Ermənistanla sərhədlərini açsın”.

O.Qasımov əmindir ki, nə baş verəcəksə Azərbaycanla koordinasiyalı şəkildə baş verəcək: “Sərhədlərin Azərbaycanla razılaşdırılmaqla qarşıdakı 6 ayda açılması  ehtimalı çox yüksək olmasa da mümkün variantlardan biridir. Hesab edirəm ki, bu, bölgədəki vəziyyətdən ciddi şəkildə asılı olacaq. Amma böyük ehtimalla elə addımlar atıla bilər ki, sərhədlər tam şəkildə açılmasa da müəyyən məhdudiyyət çərçivədə açıla bilər. Bu da Nikol Paşinyana seçkilərdə əlavə siyasi dividendlər qazandıra bilər”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri