Icma.az
close
up
RU
Ürfan Məmmədli Hörümçək toru

Ürfan Məmmədli Hörümçək toru

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.

Azərbaycan futbolunda hər cür qərar, hər cür yozum gözləniləndir. Futbol meydançalarında hakimin verdiyi qərarları mütəxəssislər də, qeyri-mütəxəssislər də, hətta azarkeşlər də qiymətləndirirlər. Bəla orasındadır ki, sosial şəbəkələrin verdiyi imkandan istifadə edib hər kəs özünü haqlı kimi təqdim edir.
Bu günlərdə “Turan-Tovuz” – “Zirə” oyununda qeydə alınmış hakim səhvləri haqqında paylaşımlar sosial şəbəkələrdə tüğyan eləyir. Hakim Əliyar Ağayev elə amansız tənqid olunur ki, sanki hakim hamının gözü qarşısında “Zirə”dən rüşvət alıb, qərarlarını ona uyğun verib.
Bəli, Əliyar Ağayevin baş hakim olduğu həmin oyunda “Zirə”nin qapısına iki penalti təyin oluna bilərdi, amma olunmayıb. İlk epizodda VAR Ağayevi monitora dəvət etdi. O da videogörüntüləri izlədikdən sonra penalti olmadığını bildirdi. İkinci epizodda isə qayda pozuntusu cərimə meydançasının xətti üzərində baş vermişdi, çox güman ki, baş hakim bu anı gözündən qaçırmışdı. Bu halda VAR dövrəyə girməli idi. VAR hakimləri isə həmin epizodda susdular.
Hadisələr meydançada bir anda baş verir, baş hakim həmin anı qaçıra bilir. Bunun qarşısını almaq üçün beynəlxalq futbol təsərrüfatı VAR layihəsinin tətbiqini məqsədəuyğun sayıb.
Doğrudur, bütün hallarda son qərarı baş hakim verir. Amma bu o demək deyil ki, bütün qərarların məsuliyyəti onun üzərindədir. Baş hakim bəzi qərarlarını VAR-ın müdaxiləsindən sonra dəyişir. Bu halda məsuliyyət üç hakimin üzərinə düşür. Bu cür məqamlarda baş hakimi cəzalandırmaq mümükün deyil. Çünki onun alibisi var: “Mən əks qərar vermişdim, VAR hakimləri ilə məsləhətləşmədən sonra onların təklifini qəbul etdim”.
Gələk, sosial şəbəkələrdə və mətbuatda qalxan hay-küyə.
Əksəriyyətimiz, Ağayevin səhv etdiyini iddia etsək də, ilk günlər gözləmə mövqeyi tutduq. Gözlədik ki, görək, Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov bu qərarlara hansı reaksiyanı verəcək. Yəni, içimizdə bir tərəddüd var idi ki, Rəhim Həsənov Əliyarı himayə edəcək, yoxsa əksi olacaq.
Hakimlər Komitəsinin sədri Əliyarın qərarlarının səhv olduğunu elan etdi. Bundan sonra hay-küy daha da şiddətləndi. Guya Rəhim Həsənovun səhvi təsdiqləməsindən o yana heç nə yoxdur.
Amma mən iddia edirəm ki, var.
Hakim oyun qaydalarının 12-ci maddəsində sadalanan 10 qüsurlu hərəkətdən birinin baş verməsini gördükdə cərimə zərbəsi təyin edir. Burada bir incə məqam var: 10 qüsurlu hərəkətin 7-də (bəzi mənbələrdə 6-da) qayda pozuntusunu üç kateqoriyaya (ehtiyatsız, düşüncəsiz və həddindən artıq güc tətbiq etməklə) bölünməklə təyin edilir. Bu kateqoriyalara bölmə səlahiyyətini qaydalar hakimə verir.
Oyunun hakimi Əliyar Ağayev olub, Rəhim Həsənov olmayıb. Bu o deməkdir ki, həmin epizodda qayda pozuntusunu və onun kateqoriyasını müəyyən etmək Əliyar Ağayevin səlahiyyətindədir.
Rəhim Həsənov da vaxtilə hakim olub. Verdiyi rəydən belə məlum olunur ki, bu oyunun hakimi o olsaydı, penalti təyin edərdi.
Əliyar Ağayev isə penalti təyin etməyib. Amma bunun səbəbini “səbəbkardan” soruşmaq kimsənin ağlına gəlmir.  Axı qaydalar bu hüququ yalnız ona (oyunun hakiminə) verir.
Hamımız bilirik ki, Rəhim Həsənov reytinqdə həmişə Əliyar Ağayevə uduzub. Necə olur ki, aşağı reytinqli hakimin qərarını indi üstün sayırıq? Mən inanıram ki, Əliyar Ağayevin öz qərarını əsaslandırmaq üçün arqumenti var. Amma biz ondan bunu soruşa bilmirik. Çünki, daxili qaydalar ona bu haqda danışmağı qadağan edib.
Bəs nə baş verir?
Hiss olunur ki, AFFA-nın yeni rəhbərliyi nəsə eləmək istəyir. Futbolu bataqlıqdan çıxarmaq üçün xırda da olsa addımların atılmasına cəhdlər edilir. Amma hadisələr göstərir ki, futbolda pozitiv addımların atılmasını istəməyən qruplar hələ də var. Həmin qruplar gözə görünmədən öz işləri ilə məşğuldurlar, sərbəst hərəkət edən kəpənəklər üçün hörümçək torları qururlar. Lazım olanda bu torlar öz şikarlarını tutur.
Elə bilməyin ki, bu şübhələr mənim şəxsi təxəyyülümün məhsuludur. Xeyr. Şübhələr məndə Rəhim Həsənovun müxtəlif turlarda mübahisəli epizodlara verdiyi şərhləri izləyəndən sonra yaranıb. Onlardan ikisini hörmətli oxucularımıza təqdim edirəm:
1. XVI tur. “Karvan-Yevlax” – “Neftçi” oyunun 45+5-ci dəqiqəsində bakılıların müdafiəçisi Ribeyro öz cərimə meydançasında rəqibin 8 nömrəli oyunçusuna, haqqında danışdığımız epizodda olduğu kimi, dirsəklə zərbə endirir. Hakim Əliyar Ağayev əvvəlcə qayda pozuntusu qeydə almır. VAR onu monitora dəvət edir. Monitorda epizodu izləyən Ağayev qərarını dəyişib penalti təyin edir.
Rəhim Həsənov isə epizodu şərh edərkən hakimin səhv qərar verdiyini bildirir.

Rəhim Həsənova görə, XVI turda və Kubokun yarımfinalında eyni epizodlarla qarşılaşan Əliyar Ağayev penalti verməklə də, verməməklə səhv edib. Bəs Ağayev hansı qərarı qəbul etməli idi ki, səhv sayılmasın?
2. XX tur. “Zirə” – “Karvan-Yevlax” oyunu. Hakim Kamranbəy Rəhimov. 54-cü dəqiqə. “Zirə”nin oyunçusu Volkov öz cərimə meydançasında gəncəli Emin Rüstəmovu dirsək zərbəsi ilə yerə sərir. Hakim qayda pozuntusu qeydə almır. Heç onu VAR-a da dəvət etmirlər.
Rəhim Həsənov XX turun oyunlarında mübahisəli epizodları şərh edərkən Kamranbəy Rəhimovun düzgün qərar verdiyini deyir.

Mən Əliyar Ağayevin “Turan-Tovuz” – “Zirə” oyununda qəbul etdiyi qərarları dəstəkləmirəm. Amma onun bu qərarları qəbul etməyə məcbur olduğunu düşünürəm. Ağayev eyni epizoda görə penalti təyin edəndə də günahkar sayılır, etməyəndə də. Bax buna görə mən AFFA-da hələ də hörümçək torlarının olduğundan şübhələnirəm. Görəsən, növbəti şikar Əliyar Ağayev deyil ki?
Bir vaxtlar Azərbaycan sərhədlərini aşıb Avropa meydanlarını fəth edən Tahir Süleymanovların, Anar Salmanovların, Babək Quliyevlərin də yolu bu cür hörümçək torları ilə bağlanmışdı.
Deyəsən, ənənə davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see318

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see306

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see271

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see254

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see233

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see231

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see228

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see225

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see219

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see218

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see207

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see203

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see201

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see187

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see183

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see175

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see175

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see171

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see170

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri