Icma.az
close
up
RU
AK müdafiə qabiliyyətini artırmaq üzrə 150 milyard avroluq proqramı təsdiqləyib

AK müdafiə qabiliyyətini artırmaq üzrə 150 milyard avroluq proqramı təsdiqləyib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Avropa Komissiyası (AK) "Avropa üçün Təhlükəsizlik Fəaliyyəti" (SAFE) proqramı çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə hazırlığını gücləndirmək üçün 150 milyard avro məbləğində ilkin maliyyə yardımının ayrılmasını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə AK kollegiyasının yekunları üzrə Strasburqda keçirilən mətbuat konfransında icraçı vitse-prezident Henna Virkkunen və komissar Andrius Kubilyus bildiriblər.

Proqram çərçivəsində kreditlər Aİ-yə üzv dövlətlərə veriləcək və müdafiə imkanlarında kritik boşluqların aradan qaldırılmasına, habelə birgə hərbi texnika alınmasına yönəldiləcək.

Bildirilib ki, 2025-ci ilin mayında Aİ Şurası tərəfindən SAFE proqramının qəbulundan sonra bu, kifayət qədər maraq doğurub. 19 Aİ ölkəsi iştirak etmək niyyətini bildirib və mövcud büdcədən artıq dəstək istəyib.

Qeyd edək ki, SAFE proqramı üzv dövlətlərə lazımi avadanlıqları tez bir zamanda əldə etməyə kömək etmək üçün uzunmüddətli, aşağı faizli kreditlər təmin edir. Proqram həmçinin Aİ-yə Ukraynanın müdafiə sənayesini əvvəldən proqrama daxil etməklə ona dəstəyi davam etdirməyə imkan verəcək. Proqram kreditlərin ödənilməsi üçün 10 illik güzəşt müddətini, rəqabətədavamlı faiz dərəcələrini və iştirakçılar dairəsini genişləndirmək üçün üçüncü ölkələrlə ikitərəfli razılaşmaların mümkünlüyünü nəzərdə tutur.

Bugünkü qərardan sonra Aİ ölkələri artıq 2025-ci ilin noyabr ayının sonuna qədər təqdim edilməli olan vəsaitlərin istifadəsini əks etdirən milli investisiya planlarını hazırlaya bilər. Ardından AK 2026-cı ilin əvvəlindən ilk ödənişlərə başlamaq məqsədilə bu planları qiymətləndirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri