Akademik Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı proqram haqda dinləyicilərə məlumat verib.
Bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















