Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Rusiya EA nın vitse prezidenti ilə görüşüb

Akademik İsa Həbibbəyli Rusiya EA nın vitse prezidenti ilə görüşüb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti akademik Sergey Aldoşinlə görüşüb.

525.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, çoxəsrlik Azərbaycan-Rusiya elmi-mədəni əlaqələri hər iki ölkənin elmi qurumları arasında da səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında tarixi ənənələrə dayanan əməkdaşlıq əlaqələri mövcuddur və müstəqillik illərində də bu münasibətlər qorunmuş, əməkdaşlıq müqavilələri imzalanmış, ötən il REA-nın 300 illiyi münasibətilə keçirilən tədbirlər zamanı isə gələcək tədqiqatlar üçün birgə yol xəritəsi müəyyənləşdirilmişdir.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin isə çıxışında qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Rusiya Elmlər Akademiyasının prezidenti akademik Gennadi Krasnikovun salamlarını çatdırıb. İkinci dəfə Bakını ziyarət etdiyini bildirən Gennadi Krasnikov AMEA ilə REA arasında elmi əlaqələrin qarşılıqlı etimada, dostluğa və uzunmüddətli əməkdaşlıq ənənələrinə əsaslandığını vurğulayıb və bu əməkdaşlıq çərçivəsində gələcəkdə daha genişmiqyaslı tədqiqatların aparılması üçün böyük potensial mövcuddur. O, həmçinin vurğulayıb ki, müasir çağırışlar fonunda elmin rolu daha da artır və bu baxımdan, beynəlxalq tərəfdaşlıq elmi innovasiyaların sürətlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Akademik Sergey Aldoşin həmçinin Rusiyada elm və təhsil sahəsində aparılan islahatlar və Rusiya EA-nın bu islahatlar çərçivəsində yeni mövqeyi və vəzifələri barədə məlumat verib.

Çıxışlardan sonra xatirə şəkilləri çəkdirilib.

Görüşdə Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov və AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri