Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse prezidenti ilə görüşüb

Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse prezidenti ilə görüşüb

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşinlə görüşüb.

Akademiyadan bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli çoxəsrlik Azərbaycan-Rusiya elmi-mədəni əlaqələrinin hər iki ölkənin elmi qurumları arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası (REA) arasında tarixi ənənələrə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur və müstəqillik illərində də bu münasibətlər qorunub, əməkdaşlıq müqavilələri imzalanıb. Ötən il REA-nın 300 illiyi münasibətilə keçirilən tədbirlər zamanı isə gələcək tədqiqatlar üçün birgə yol xəritəsi müəyyənləşdirilib.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin isə çıxışında AMEA ilə REA arasında elmi əlaqələrin qarşılıqlı etimada, dostluğa və uzunmüddətli əməkdaşlıq ənənələrinə əsaslandığını vurğulayıb. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində gələcəkdə daha genişmiqyaslı tədqiqatların aparılması üçün böyük potensial mövcuddur. Qonaq, həmçinin diqqətə çatdırıb ki, müasir çağırışlar fonunda elmin rolu daha da artır və bu baxımdan beynəlxalq tərəfdaşlıq elmi innovasiyaların sürətlənməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Akademik Sergey Aldoşin, həmçinin Rusiyada elm və təhsil sahəsində aparılan islahatlar və Rusiya EA-nın bu islahatlar çərçivəsində yeni mövqeyi və vəzifələri barədə məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri