Akademik: Mühüm tədqiqat işlərimizdən biri Zəngilan rayonunun monitorinqinə həsr olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
Mühüm tədqiqat işlərimizdən biri çoxillik peyk müşahidələri əsasında Qarabağ regionunun, xüsusən də Zəngilan rayonunun monitorinqinə həsr olunub. Bu araşdırmada 32 illik dövr ərzində torpaqdan istifadə və torpaq örtüyündə baş verən dəyişikliklər çoxsensorlu peyk məlumatları vasitəsilə təhlil edilib. Tədqiqatın nəticələri göstərib ki, işğal dövründə genişmiqyaslı meşə qırılmaları, kənd təsərrüfatının tamamilə zəifləməsi, torpaqların şoranlaşmasının sürətlənməsi və ümumi torpaq deqradasiyası baş verib. Azad edildikdən sonra isə ərazidə ilkin müsbət dəyişikliklərin müşahidə olunması bərpa prosesinin başlandığını təsdiqləyir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov məlumat verib. O qeyd edib ki, bu tədqiqat Zəngilan rayonunda landşaft dəyişikliyinin ilk dəfə çoxsensorlu və uzunmüddətli peyk məlumatları əsasında sistemli şəkildə qiymətləndirilməsi baxımından böyük elmi və praktiki əhəmiyyətə malikdir. Araşdırmanın nəticələri regionun bərpası, davamlı torpaq idarəçiliyi və gələcək ekoloji monitorinqlər üçün etibarlı baza məlumatı formalaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















