Icma.az
close
up
RU
Zəngilan şəhərinin azad edilməsi Vətən müharibəsində qazanılan ən mühüm qələbələrdən biridir

Zəngilan şəhərinin azad edilməsi Vətən müharibəsində qazanılan ən mühüm qələbələrdən biridir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Qazanılan Zəfər təkcə silahın gücü deyil, həm də Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. 20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Zəngilan şəhərinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrdən biridir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Məlum olduğu kimi, Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Digər rayonlarımız kimi Zəngilandada abidə genosidi yaşadıblar.Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər. Rayonun İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur, 23 dekabr 2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası bu gün Azərbaycanın qüdrətinin, dövlət siyasətinin əsas prioritetinin və milli iradənin təcəssümüdür. Bu prosesin ən parlaq nümunələrindən biri də Zəngilan rayonudur. Uzun illər işğal altında qalan, kəndləri, şəhəri, mədəni irsi məhv edilən bu torpaq bu gün Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə yenidən qurulur. Zəngilan bu gün yenidən dirçəlişin, milli iradənin və dövlət siyasətinin təntənəsinin rəmzidir. Bu torpaq artıq yalnız işğaldan azad olunmuş ərazi deyil, həm də müasir şəhərsalma ideyalarının, ekoloji və ağıllı kənd konsepsiyasının, eyni zamanda, milli-mənəvi dəyərlərimizin dirçəliş məkanıdır.Zəngilanın turizm potensialının inkişafı üçündə tədbirlər görülür. Bu gün Zəngilan həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan yenidən formalaşır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi yalnız dini ibadət məkanı deyil, həm də xalqımızın milli iradəsinin, mədəni dirçəlişinin rəmzidir. 2024-cü il may ayında Ağalı kəndində açılan “Ağalı” hoteli süni gölün sahilində yerləşir və bölgəyə turizm axınının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində rayonun Ağalı kəndində yaradılan pilot layihə — 200 evdən ibarət müasir kənd kompleksi, təkcə yaşayış üçün deyil, həm də innovativ texnologiyalar, ekoloji enerji sistemləri və informasiya-kommunikasiya xidmətləri ilə əhatə olunmuş nümunəvi yaşayış məkanıdır.Məlumdur ki, Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Bu rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bütün bu bərpa işləri Zəngilanın strateji əhəmiyyətini daha da artırır.

Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri