Icma.az
close
up
RU
Akademik Musiqili Teatrın Yeni il tamaşası “Evdə tək”

Akademik Musiqili Teatrın Yeni il tamaşası “Evdə tək”

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

- +

28 dekabr 2024-cü il tarixindən – 05 yanvar 2025-ci il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı və əyləncə dolu Yeni il tamaşası –”Evdə tək” nümayiş etdiriləcək.

Tribunainfo.az  xəbər verir ki, amerikalı kinorejissor Kris Kolumbusun eyniadlı filminin ssenarisi əsasında hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Zaur Əliyevdir.

Tamaşada da filmdəki kimi, Yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələr işıqlandırılır. Ayıq-sayıqlığı və özgüvəni ilə bütün qorxularına qalib gələn bu cəsarətli balaca düşdüyü tragikomik vəziyyətlər qarşısında aciz qalmır və təhlükələrə qarşı tədbirli olaraq hər kəsin təəccübünə səbəb olur…

İdeya müəllifi və bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşanın ikinci rejissoru Əmrah Dadaşov, quruluşçu baletmeysteri Elvira Əzizova, səhnə tərtibatçısı Qabil Gözəlov, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, səhnə tryuklarının qurucusu İsa Əsədov, rejissor assistenti Sevinc Məmmədovadır.

Tamaşada Əməkdar artist İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Elçin İmanov, Şaban Cəfərov,  Ofeliya Məmmədova, Ruslan Mürsəlov, Fərid Rzayev, Nərmin Əliyeva, Eleonora Abbasova, Cəbrayıl Cəbrayılov, İbrahim Əlizadə, Sübhan Rüstəmov, Əli Kərimov, Murad Əliyev, Ayan Qurbanova, Firuzə Qədiməliyeva, Kamran Həsənov, İranə Kərimova, teatrın azyaşlı aktyorları Miruğur, Mironur Əlili qardaşları və Həmid Həmidov, həmçinin balet artistləri çıxış edəcəklər.

Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak edəcəyi bu tamaşa doqquz gün (28 dekabr-05 yanvar, gündə 4 seans olmaqla) davam edəcək.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri