Icma.az
close
up
RU
Akademik Nizami Cəfərov: Ortaq türk əlifbası Türk dünyasına uğurlu inteqrasiyanın göstəricisidir AZƏRTAC

Akademik Nizami Cəfərov: Ortaq türk əlifbası Türk dünyasına uğurlu inteqrasiyanın göstəricisidir AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 30 noyabr, AZƏRTAC

“Ortaq türk əlifbası türk dillərini birləşdirmək deyil, onları mədəni cəhətdən yaxınlaşdırmaq məqsədi daşıyır. Bu məsələnin müzakirə olunması faktının özü də Türk dünyasında gedən inteqrasiya proseslərinin uğurunun göstəricisidir”.

Bu fikri AZƏRTAC-a müsahibəsində 21-ci Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı elan edilmiş Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, türk dillərinin hər biri özünəməxsus şəkildə gözəl, orijinal və bənzərsizdir. “Bu dillərin formalaşması yüz illər əvvələ gedib çıxır. Buna görə də məsələ dilləri birləşdirməkdə deyil, onları yaxınlaşdırmaqdadır. Əgər müxtəlif türk ölkələrinin sakinləri ortaq əlifbanın hərflərindən istifadə etsələr, anlaşma çox asanlaşar”, - deyə alim hesab edir.

Akademik türk dövlətlərinin yaxınlaşmasında Beynəlxalq Türk Akademiyasının, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondunun mühüm töhfələrini də diqqətə çatdırıb.

Eyni zamanda o, Türk dünyasında əməkdaşlıq üçün ən böyük məsuliyyət daşıyan ölkələrdən biri kimi Türkiyənin adını çəkib.

“Bu gün biz ayrı bir türk dövləti quruluşunun ortaq ideyaların aparıcısına çevrildiyinin şahidi oluruq”, - deyən akademik Türkiyə Dilçilik Cəmiyyətinin türk dillərinin yaxınlaşdırılması istiqamətindəki təşəbbüslərini misal çəkib.

O, professor Şahin Mustafayevin rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının da bu istiqamətdə səylərini yüksək qiymətləndirib.

N.Cəfərovun fikrincə, türk xalqlarının yaxınlaşmasında növbəti mərhələ terminologiya və orfoqrafiya qaydalarının uyğunlaşdırılması, yəni birləşdirilməsi ola bilər.

“Türk dövlətləri praktiki olaraq inteqrasiya istəklərini nümayiş etdirirlər. Çoxsaylı sərgilərdə birgə iştirak da bu istiqamətdə səylərin daha bir göstəricisidir”, - deyə akademik əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri