Icma.az
close
up
RU
Azərbaycan dilinin saflığının qorunması akademik dairələrin əsas məsuliyyətlərindən biridir Politoloq

Azərbaycan dilinin saflığının qorunması akademik dairələrin əsas məsuliyyətlərindən biridir Politoloq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında müstəsna rolu onun elmə və elm adamlarına göstərdiyi diqqət və qayğı ilə ölçülür. O, ölkənin intellektual potensialını strateji resurs kimi dəyərləndirərək, elmi sahənin müstəqil dövlətin formalaşmasında aparıcı qüvvəyə çevrilməsi üçün ardıcıl tədbirlər həyata keçirdi. Onun təşəbbüsü ilə elmi müəssisələrdə maddi-texniki baza gücləndirildi, gənc tədqiqatçıların yetişdirilməsinə şərait yaradıldı, elmi dərəcələrin tanınması və elmi əlaqələrin beynəlmiləlləşməsi üçün hüquqi baza formalaşdırıldı. Həmin dövrün alimləri bu siyasət sayəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə elmi fəaliyyətlərini genişləndirmək imkanı qazandılar. Ulu Öndərin elm siyasəti təkcə elmi strukturların idarəçiliyini deyil, eyni zamanda, elmin nüfuzunu da dövlət səviyyəsinə qaldırdı.

Bu istiqamətdə Prezident İlham Əliyev də elmi infrastrukturun modernləşdirilməsi siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə qəbul edilən Dövlət proqramları, imzalanan fərman və sərəncamlar elmi idarəetmədə çevikliyi, nəticəyönümlülüyü və rəqabət qabiliyyətini təmin etməyə yönəlib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, xüsusilə “Azərbaycan Respublikasının 2027 - 2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Elm haqqında” Qanun bu sahədə strateji hədəfləri müəyyənləşdirib. Dövlətimizin başçısının 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı da elmi idarəetmə modelinin yenilənməsi, elmi nəticələrin iqtisadi və sosial sahələrdə tətbiqinin gücləndirilməsi baxımından dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev həmin çıxışında elmi mühitdə şəffaflığın, gənc tədqiqatçılara dəstəyin, elmin iqtisadiyyatla əlaqəsinin və texnologiyaya inteqrasiyanın vacibliyini vurğulamışdı. Bu istiqamətdə görülən işlər nəticəsində son illərdə elmi tədqiqat infrastrukturu yenilənib, beynəlxalq əməkdaşlıq layihələrinin sayı artıb, elmi nəticələrin tətbiqi sahələri genişlənib.

"Müasir dövrdə elmi-akademik dairələrin qarşısında duran əsas vəzifələr isə artıq yalnız nəzəri deyil, həm də texnoloji və strateji xarakter daşıyır. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi sahələrdə elmin rolu milli təhlükəsizliklə birbaşa əlaqəlidir. Eyni zamanda, bərpaolunan enerji və hərbi sənaye kimi prioritet sahələrdə elmi tədqiqatlar iqtisadi dayanıqlığın təminatına çevrilir. İşğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat işləri, bərpaolunan enerji resurslarının tədqiqi və istifadəsi də elmin qarşısında yeni vəzifələr qoyur. Tarix və dil sahəsində isə tədqiqatlar milli kimliyin qorunması, erməni saxtalaşdırmalarına qarşı elmi arqumentlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qərbi Azərbaycandakı toponimlərin, mədəni irsin elmi əsaslarla sənədləşdirilməsi və təbliği vacib istiqamətlərdəndir",- deyə Z. Qarayeva vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan dilinin saflığının qorunması akademik dairələrin prioritet məsuliyyətlərindən biridir. Qloballaşma və miqrasiya prosesləri nəticəsində ədəbi dilin yayılmasının xüsusilə xaricdə yaşayan azərbaycanlılar arasında zəifləməsi təhlükəsi real hal alıb. Bu baxımdan alimlərin, ictimai fəalların və medianın birgə fəaliyyəti dilin saflığının qorunmasında, ədəbi dilin təbliği və müasir kommunikasiya vasitələrinə uyğunlaşdırılmasında əsas rolu oynayır. Elm yalnız keçmişin mirasını deyil, həm də gələcəyin bilik iqtisadiyyatını formalaşdıran strateji dayaqlardan biri kimi ölkənin inkişafına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see300

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see242

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see128

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri