Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim etdi FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası - "O olmasın, bu olsun" tamaşası nümayiş etdirildi. Hər zaman sevilən və aktuallığını qoruyan bu əsər bu dəfə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Tamaşada Azərbaycan səhnəsinin tanınmış sənətkarları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Elçin Həşimov (tar) Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qoçu Əsgər), Tural Ağasıyev ( Rza bəy), Ələkbər Əliyev (Həsənqulu bəy), Təyyar Bayramov (Xanəndə), Elnur Əhmədov (kamança), solistlər: Atəş Qarayev (Sərvər), Fatimə Cəfərzadə (Gülnaz), Fəhmin Əhmədli (Həsən bəy), Xalid Bəkirov (Hambal), Sadıq Məlikov (Məşədi Qəzənfər) çıxış etdilər.
Tamaşanın musiqi rəhbəri və dirijoru - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, Quruluşçu rejissor - Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Quruluşçu rəssam - Xalq rəssamı Tahir Tahirovdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















