Icma.az
close
up
RU
Akademiya rəsmisi: “İşlərimiz özünü doğruldur”

Akademiya rəsmisi: “İşlərimiz özünü doğruldur”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ” akademiyası son illərdə inkişafdadır. Əvvəlki mövsümlərdə aşağı yaş qruplarında nəticələr qənaətbəxş deyildisə, indi vəziyyət dəyişib. Əvəzedicilər və digər komandalar demək olar, hər yaş qrupunda iddialılar arasına düşüb.

Məsələ ilə bağlı “Qarabağ” akademiyasının meneceri Nail Kərimovla danışdıq. O, klubun akademiya mövzusunda üç prioritet istiqamət seçdiyini bildirdi:

“Akademiyada işlər gedir. Üç prioritet istiqamət var.

Birincisi, infrastruktur məsələsidir. İşlər gedir, daha yaxşısını etmək istəyirik. Son illərdə akademiyanı birləşdirmişik. Əvvəl komandalar fərqli yerlərdə məşqlər keçirdisə, indi hamını bir meydançaya toplaya bilmişik. Bir standart, bir də mini meydançamız var. Standart meydançamız yaxşı vəziyyətdə deyil, düzəltməyə çalışırıq. Yaxşıya doğru dəyişikliklər olduqca ictimaiyyətə açıqlama verəcəyik.

İkinci məsələ məşqçi heyətidir. Bu sahədə də gəncləşdirmə siyasəti aparırıq. Akademiyaya yeni məşqçilər qoşulub və bəzilərinin lisenziyası yoxdur. Onların özlərini inkişaf etdirə bilməsi üçün çalışırıq. Bu da daha çox klubun istəyinə uyğun formalaşmalarına görədir.

Üçüncüsü isə sistemdir. Akademiyada vahid məşq və oyun sistemi üzərində işlər gedir. Hər detal qeyd ediləcək. Bura seleksiya işləri də aiddir. Kluba uyğun futbolçular və məşqçilər seçiləcək. Doğrudur, seleksiyamız geniş deyil, amma imkan daxilində işlər görürük. Çünki uşaqların çoxu ya digər klublardadır, ya da idman məktəblərindədir. Ona görə seçimlərdə çətinlik yaşaya bilirik. Buna baxmayaraq, işlərimiz özünü doğruldur. 3 il əvvəl akademiyadan millilərə 15-20 futbolçu gedirdisə, indi bu rəqəm 40-a çatıb. Bu, məncə, ölkə üzrə ən yaxşı nəticədir. Eyni zamanda akademiyadan əsas komandaya da futbolçular çıxmaqdadır. Prioritet istiqamətlər bunlardır”.

Kərimov AFFA-nın bayrağı altında keçirilən yarışlardakı çatışmazlıqlardan söz açdı:

“Yarışlarda çatışmazlıqlar var. İnfrastruktur kifayət qədər imkan verir. Tək bizdə deyil, bütün klublarda eyni vəziyyətdir. Yarışların formatı dəyişib, keçid məsələsində çətinlik yaşanır. Ola bilər, bəzi formatlar qalacaq, bəziləri dəyişəcək”.

Mütəxəssis inkişafa mane törədən əsas amillərdən birinin yarışların keyfiyyətinin aşağı olması olduğunu qeyd etdi:

“Yarışlarda rəqabət də əsas məsələdir. “Qarabağ” və “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında çıxış edir. Daxili yarışlarda digər komandalarla aradakı fərq hiss olunur. Liqanın səviyyəsi yüksək olmadığı üçün beynəlxalq arenada sıxıntılar yaşayırıq. Ümumiyyətlə, çempionatda rəqabət istənilən səviyyədə deyil. Komandalarımızı beynəlxalq turnirlərə göndəririk ki, beynəlxalq təcrübələri artsın. Bu səfərlər də az xərc tələb etmir. Baxırıq, təşkilatçılar müəyyən ödənişləri qarşılayırsa, imkan olduqca turnirlərə gedirik”.

Kərimov aşağı yaş qruplarında yaşanan problemlərə toxundu:

“Bəzi komandalarda həkim, digərlərində su təminatı ilə bağlı problemlər var. Bəzən oyunlar formal xarakter daşıyır. Bütün bu amillər ümumi inkişafa mənfi təsir göstərir. 

AFFA-nın yeni texniki direktoru Edomnd Klaussun gəlişindən sonra yarışlarla bağlı inkişaf var. Onunla görüşüb, müzakirələr aparmışıq. İnanırıq ki, getdikcə daha yaxşı olacaq”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri