Icma.az
close
up
RU
AKAF genişmiqyaslı avarçəkmə yürüşü təşkil etdi

AKAF genişmiqyaslı avarçəkmə yürüşü təşkil etdi

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.

Fanat.Az xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında keçirilmiş tədbir 17 noyabr – Milli Dirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoe İdman Klubunun yerləşdiyi ərazidə baş tutub.

Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da qatıldığı tədbirdə Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib.

Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirilib. Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz suda avar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələri təqdim olunub.

Çıxışlardan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı arasında Memorandum imzalanıb.

Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.

Qeyd edək ki, “Təmiz suda avar çək!” yürüşünün keçirilməsində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Noyabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri