Icma.az
close
up
RU
Özbəklərin fətiri qardaş süfrəsinin ətiri

Özbəklərin fətiri qardaş süfrəsinin ətiri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ən çox iftar məclislərində istifadə olunur

Özbəkistanda Ramazan günlərində bizim fətir, özbəklərin “patır” adlandırdıqları xüsusi növ çörəyi daha çox bişirirlər. “Patır”ın xəmirini yağ və süd əlavə edərək yoğururlar və o dadına və ətrinə görə adi çörəklərdən xeyli seçilir. Ramazan günlərində bu çörəkdən dadmayan, demək olar ki, olmur.

“Patır” özbəklərin gündəlik həyatında mühüm rol oynayır. Bu çörəyin 50-yə yaxın növü var ki, onlar həm tərkibinə, həm bişirilmə qaydalarına, həm də ayrı-ayrı regionlara aid olduqlarına görə xeyli fərqlənirlər.

İnsanlar bayramlarda, toylarda və Ramazanda kərə və quyruq yağı ilə hazırlanan “patır”a daha çox üstünlük verirlər. Bu çörəyin müxtəlif növləri və hər birinin də, təbii ki, öz adı var: “navvay”, “kazan”, “qatlama”, “şırmay”, “abi”, “laçira”, “külçə” və s.

Tərkibində olan inqrediyentlərdən asılı olaraq soğanlı, ətli, qozlu, küncütlü patırlar olur. “Patır”ın ölkənin əsas regionlaru üzrə – Səmərqənd, Buxara, Kokand və Xarəzm məxsusi versiyaları da var.

Özbəkistanın bir çox şəhərlərində xüsusi çörək bazarları var. Orada ənənəvi olaraq odun, yaxud kömür peçlərində hazırlanan ən müxtəlif çörəkləri tapmaq olar. Daşkənd çörək bazarındakı Əziz Əkbərov adlı bir nəfər çörəkçi “Anadolu” müxbirinə deyib ki, o, bu peşə ilə uzun illərdir ki, məşğul olur və taleyindən çox razıdır. Əziz şirin özbək ləhcəsində deyib:

– Mənim qarşımda 50 növ çörək var. Hər bir çörəyin də öz alıcıları var. Müştərilər öz zövq və imkanlarına görə “patır” alırlar. Qiymətlər də münasibdir.

Əziz Əkbərovun sözlərinə görə, müqəddəs Ramazan günlərində “patır”a tələb xüsusilə çox artır. Bu dadlı çörəklər adamları həm də tez doyuzdurur.

Özbəklərin çoxu yaxın-uzaq xarici ölkələrə səfər edərkən, özləri ilə “patır” aparmağı unutmurlar. Axı bu ənənəvi özbək çörəyi bir neçə gün ərzində öz təravətini qoruyub saxlaya bilir.

Əziz Əkbərov həmçinin deyib ki, o, şəxsən Ramazanda, təxminən, gündə 1000 çörək satır. Bəzi müştərilər “patır”ı əvvəlcədən sifariş edirlər və pulunu da ödəyirlər.

Çörək bərəkətdir və halallığı sevir. Belə deyib atalar və şübhəsiz, haqlıdırlar!

Qeyd edək ki, Özbəkistanda çörəyi “nan” adlandırırlar. Evlərdə onu bir qayda olaraq qadınlar bişirirlər, iri böyük təndirlər quraşdırılan çörəkbişirmə sexlərində isə, adətən, kişilərin əməyindən bəhrələnirlər.

Yeri gəlmişkən, dili dilimizdən olan dost, qardaş Özbəkistanda çörəkbişirənləri “navvai” adlandırırlar. Təcrübəli “navvai”lər hələ sübhdən əvvəl işə başlayırlar və günəş üfüqdə görünənə qədər ilk çörəkləri hazır edirlər. Təzə çörəyin ətri isə ətrafa yayılaraq insanlara bolluq, rifah vəd edir.

Maraqlıdır ki, Özbəkistanda adlı-sanlı çörəkbişirmə ustaları var və onlar “öz patırlar”ının üzərinə fərqli naxışlar çəkirlər ki, alıcılar malı mala qatmasınlar. Təbii ki, daimi alıcılar tanış “navvai”lərin “imzalarını” dərhal tanıyırlar.

Bu məqamda qeyd etmək lazımdır ki. özbəklər üçün çörək təkcə zəruri ərzaq məhsulu deyil, həm də bu xalqın milli adət və ənənələrinin ayrılmaz bir hissəsidir.

Özbəklər ta qədim zamanlardan çörəyə böyük ehtiram bəsləyirlər. Onların hörmətli qonaqları qarşılama mərasimləri, təntənəli ailəvi məclisləri heç cür “patır”sız ötüşə bilməz.

Özbəkistanın regionları arasında “Səmərqənd patırı” xüsusilə məşhurdur. Deyilənlərə görə, bu çörəyin tərkibi daha bərk olduğu üçün onu hətta 1 aya qədər saxlamaq mümkündür.

Məşhur bir əfsanəyə görə, Əmir Teymurun nəvəsi Babur şah bir gün Moğol imperiyasına yola düşməli olur. Doğma Səmərqəndi tərk edərkən ən yaxşı çörək bişirənlərdən bir neçə nəfəri də özü ilə aparır. Amma məlum olur ki, bu adlı-sanlı ustaların bişirdiyi çörəklər belə yad diyarda “Səmərqənd patırı”nın dadını vermir.

Babur şah bunun səbəbini soruşanda ona deyirlər ki, dadlı patır üçün Səmərqəndin havası və suyu lazımdır. Bu hekayətin olub-olmadığını bu gün demək çətindir. Amma özbəklər bu rəvayətə çox inanırlar.

Bu yerdə unutmaq olmaz ki, Azərbaycan xalqı da hər zaman çörəyə, bərəkətə böyük diqqət və sayğı ilə yanaşıb. Hətta Ağdamda vaxtilə dünyada yeganə “çörək muzeyi” də açılmışdı.

Amma erməni vandalları işğal illərində Qarabağın bu gözəl şəhərini yerlə-yeksan etdikləri kimi, “çörək muzeyi”ni də büsbütün dağıtmışlar. Azərbaycan hökuməti isə həmin muzeyi yenidən bərpa etmək üçün vəsait ayırıb.

Sonda bildirək ki, qoy hər bir eldən, obadan hər zaman çörək ətri ətrafa yayılsın, barıt iyi yox! Allah heç bir xalqı çörəklə sınağa çəkməsin!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri