Icma.az
close
up
RU
Akopyanın Simonyana Qarabağ “cavabı” Bakı haqlı çıxdı!

Akopyanın Simonyana Qarabağ “cavabı” Bakı haqlı çıxdı!

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Azərbaycana xüsusi nifrəti ilə seçilən Metakse Akopyan adlı keçmiş Qarabağ ermənisinin Ermənistan parlamentinin sədri Alem Simonyana sosial şəbəkə üzərindən yazdığı cavab bir sıra mətləbləri üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, M.Akopyan bir vaxtlar Qarabağ separatçılarının qondarma “parlamentində” “deputat” olub, 2023-cü il anti-terror əməliyyatından sonra isə Ermənistanda “partiyanı” QHT-yə çevirərək, Qarabağ ermənilərinin “hüquqlarının” müdafiəsinə girişdiyini bildirib.

M.Akopyanın sözlərinə görə, Alen Simonyanın Azərbaycanı müdafiə edib və Qarabağa bağlı “istənilən instutisional fəaliyyəti Azərbaycanın suverenliyinin pozulması” adlandırıb:

“Beləliklə, Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan Qarabağın özünüidarəsinə hər hansı cəhdin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat kimi qiymətləndirildiyi rəvayətini effektiv şəkildə qəbul edir”.

Xatırladaq ki, bu müzakirə İrəvanda yerləşən keçmiş separatçı tör-töküntüsünün “parlament”, “prezident” oyununu davam etdirmək cəhdləri fonunda baş verir.

M.Akopyan Simonyana cavabda olduqca maraqlı məqama toxunub. O yazıb:

“Ermənistan Respublikasının Konstitusiyasında aydın ifadə var: Ermənistan Respublikası Artsaxın təhlükəsizliyini və onun öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini dəstəkləyir. Alenin sözləri bu prinsiplə ziddiyyət təşkil edir ki, bu da daxili siyasi səviyyədə Konstitusiya dəyərlərinin pozulması kimi qiymətləndirilə bilər”.

Faktiki olaraq M.Akopyan Ermənistan Konstitusiyasına söykənərək, Azərbaycana qarşı ərazi iddiasını əsaslandırır və Simonyanın “Konstitusiyaya hörmət” tələb edir.

Beləliklə, rəsmi Bakının Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı tələbdə nə qədər haqlı olduğu üzə çıxır. Ermənistan baş naziri Nikol Paşinyanın manipulyasiyalarına baxmayaraq, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları müxtəlif maddələrdə əks olunub və revanşistlər istənilən an bu maddələrə istinad edərək, sülh sazişini tanımaya və yeni işğala təşəbbüs göstərə bilərlər. /axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 May 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri