Icma.az
close
up
RU
“Akşam” qəzeti: Naxçıvanın günəş enerjisi Türkiyənin Enerji Strategiyasına töhfə verəcək

“Akşam” qəzeti: Naxçıvanın günəş enerjisi Türkiyənin Enerji Strategiyasına töhfə verəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 7 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında (MR) istehsal olunan günəş enerjisinin Türkiyənin enerjipaylayıcı sisteminə verilməsi planlaşdırılır ki, bu da Ankaranın ölkəni böyük enerji mərkəzinə çevirmək planlarına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalədə Bakının yaşıl enerji ixracı planlarına diqqət çəkilir. Nəşr qeyd edir ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə (BEM) investisiyaları artırmaqla təkcə elektrik enerjisinə olan daxili tələbatı ödəməyə deyil, həm də ixrac imkanlarını, o cümlədən Avropaya tədarük imkanlarını artırmağa çalışır.

“Bu strategiya çərçivəsində Türkiyə Azərbaycandan təkcə elektrik enerjisi almayacaq, həm də tranzit regiona çevriləcək. Bu təşəbbüsdə Naxçıvanın xüsusi rolu var”, - deyə qəzet yazır.

Məqalədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə istinad edilir ki, Türkiyə son illərdə Azərbaycandan elektrik enerjisi alışının həcminə görə liderdir. “Planlara təkcə Gürcüstanın Elektrik ötürücü xəttiinin imkanlarının genişləndirilməsi deyil, həm də Naxçıvan ərazisindən keçən marşrutdan istifadə edilməsi daxildir. Üstəlik, söhbət təkcə muxtar respublikada istehsal olunan elektrik enerjisindən deyil, həm də Azərbaycanın digər bölgələrindən NMR-dən keçən elektrik enerjisindən gedir”, - deyə nazir müavini bildirib.

E.Soltanov Naxçıvanda günəş və külək enerjisinin potensialına da diqqət çəkərək, onun 6 GVt gücündə qiymətləndirildiyini qeyd edib. “Bu həcmin bir hissəsini Türkiyəyə ixrac etmək mümkün olacaq”, - deyə nazir müavini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri