Aksiyalar zamanı Gürcüstan DİNin 171 əməkdaşı yaralanıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisidə aksiyalar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 171 əməkdaşı yaralanıb, onlardan bəziləri ağır bədən xəsarətləri alıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, aksiyalarda yaralanan 10-a yaxın polis əməkdaşına ağır cərrahi müdaxilə edilib, 40-a yaxın polis isə üz, baş və göz xəsarətləri alıb.
Aksiyalar zamanı 60-a yaxın oğurluq halının qeydə alındığı bildirilib.
DİN-in bəyanatında müxtəlif siyasi qrupların və təşkilatların hüquq mühafizə orqanlarının əməkdaşlarını gözdən salmağa çalışdığı qeyd olunub
Baxış sayı:76
Bu xəbər 20 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















