Aktauda baş verən təyyarə qəzasını araşdıran komissiya hadisə yerinə gedəcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AZAL təyyarəsinin Aktauda baş vermiş qəza hadisəsinin təhqiqat komissiyası tərəfindən iş planı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barıdə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Komissiya iş planını müəyyən edib, beləliklə, Komissiya hadisə yerinə birgə baş çəkəcək, təyyarə elementlərinin toplanması üçün baxış keçirəcək və təyyarə elementlərinin toplanmasına başlanacağı tarixlə bağlı birgə qərar qəbul edəcək", - deyə məlumatda bildirilir.
Nazirlik komissiyasına nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir, özü də baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.
"Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin təhqiqat komissiyasının məqsədi qəzanın səbəblərini müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tövsiyələr hazırlamaqdır", - deyə idarədən əlavə ediblər.
Bu gün Marat Karabayevin sədrliyi ilə qərargahda 17 beynəlxalq ekspertin hamısının iştirakı ilə iclas keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















