Icma.az
close
up
RU
Uşaqlar arasında virus yayılıb Həkimdən valideynlərə müraciət

Uşaqlar arasında virus yayılıb Həkimdən valideynlərə müraciət

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində su çiçəyinə yoluxmada artım müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub. Ötən il qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatı xəstəlikləri, sinir sistemi xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.
Bu barədə neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib ki, su çiçəyi əsasən uşaqlıq dövrünün infeksiyasıdır:
“Yoluxma çox sürətlə, xüsusilə kollektivlərdə bağça və məktəblərdə yayılır. Son illərdə pandemiya dövründə uşaqların uzun müddət evdə qalması nəticəsində təbii yoluxma səviyyəsi azalmışdı və indi immuniteti formalaşmamış uşaqların sayı artıb. Digər mühüm faktor mövsümi dəyişikliklər və payız–qış aylarında qapalı məkanlarda sıx təmasın çoxalmasıdır. Bundan əlavə, valideynlərin bir hissəsinin su çiçəyini yüngül xəstəlik kimi qiymətləndirməsi vaxtında həkimə müraciətin gecikməsinə və virusun daha geniş yayılmasına səbəb olur. Halbuki su çiçəyi bəzi uşaqlarda ağırlaşmalar, yüksək hərarət, dəri infeksiyaları və nadir hallarda sinir sistemi fəsadları yarada bilər. Artım onu göstərir ki, maarifləndirmə işlərinə daha çox ehtiyac var. Valideynlər xəstəliyin ilk əlamətlərini hərarət, halsızlıq və səpgiləri gördükdə uşağı dərhal kollektivdən ayırmalı və pediatra müraciət etməlidirlər”. 
O bildirib ki, uşaqların immunitetinin gücləndirilməsi, düzgün qidalanma və gigiyena qaydalarına riayət olunması profilaktik baxımdan çox önəmlidir:
“Su çiçəyi ilə bağlı yoluxmaların artması epidemioloji nəzarətin və valideyn məsuliyyətinin gücləndirilməsinin vacibliyini göstərir. Vaxtında tədbir görülərsə, həm yoluxma zəncirini qırmaq, həm də ağırlaşmaların qarşısını almaq mümkündür. Burada əsas məsuliyyət valideyn və ailə həkimlərinin üzərinə düşür”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri