Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Aktau, 26 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verən faciəli hadisəyə görə Türkiyə və Aktauda fəaliyyət göstərən İran, Özbəkistan və Türkmənistan baş konsulları Azərbaycanın yanındadırlar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin bildirib.
O qeyd edib ki, hazırda Türkiyənin Baş Konsulluğu aparılan araşdırma ilə bağlı azərbaycanlı həmkarı ilə əlaqə saxlayır. Sabri Alptekinin sözlərinə görə, hadisə baş verəndən 8 dəqiqə sonra Qazaxıstanın müvafiq qurumları hadisəyə təcili müdaxilə ediblər. Nəticədə itki sayı az olub.
“Dünən xəstəxanadakı yaralıların vəziyyəti ilə maraqlandım. Eyni zamanda, Azərbaycandan Aktauya gələn nazirlərlə görüşdüm”, - deyə o qeyd edib.
Türkiyə baş konsullu bildirib ki, ölkəsi qardaş dövlət olaraq istər Azərbaycana, istərsə də Qazaxıstana lazımi köməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















