Aktauda təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşlarının durumu açıqlanıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində xəsarət alan 6 Rusiya vətəndaşının stasionar şəraitdə müalicəsi davam edir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Aleksey Kuznetsov deyib ki, yaralılardan 3-nün durumu ağırdır: “Aktauda qəzada xəsarət alan 3 rusiyalı vəziyyətlərinin yaxşılaşması ilə əlaqədar xəstəxanadan buraxılıb. Stasionar şəraitdə 6 nəfərin müalicəsi davam edir, onlardan 3-nün durumu ağırdır. Biri uşaq olmaqla, digər 3 nəfərin durumu isə orta-ağırdır”.
Bu mövzuda digər xəbərlər:Aktauda təyyarə qəzasında xəsarət alan 25 nəfər xəstəxanalara çatdırıldı
25 Dekabr 2024 12:08
AZALın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan Rusiya vətəndaşlarının durumu açıqlanıb
31 Dekabr 2024 13:54
Təyyarə qəzasında xəsarət alan Azərbaycan vətəndaşlarının son vəziyyəti açıqlanıb
27 Dekabr 2024 17:00
Aktauda xəsarət alan 3 Rusiya vətəndaşı xəstəxanadan buraxıldı
31 Dekabr 2024 14:35
Xəsarət alan Rusiya vətəndaşlarının son durumu...
31 Dekabr 2024 14:31
Baxış sayı:149
Bu xəbər 31 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















