Aktauda yaşayan azərbaycanlı: Qanvermə aksiyasına qoşulmaq üçün 300ə yaxın insan toplaşıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar yardım məqsədilə Aktauda yaşayan soydaşlarımız qanvermə aksiyasına qoşulublar.
Bu barədə Qazaxıstanın Aktau şəhərində yaşayan Sarvan Səfərliyev APA-ya açıqlamasında deyib.
O bildirib ki, hadisə barədə dostlarından məlumat alıb: “Qəza xəbərini eşidən kimi qanvermə aksiyasına yollandıq. Burada ruslar, azərbaycanlılar və qazaxlardan ibarət böyük bir izdiham var. Hər kəs qanvermə aksiyasına qatılmağa gəlib”.
Sarvan Səfərəliyev onu da qeyd edib ki, Aktau şəhərinin Qan Bankında qanvermə aksiyasına qoşulmaq üçün təxminən 300-ə yaxın insan toplaşıb.

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib AZƏRTAC
27 Dekabr 2024 22:20
Allahşükür Paşazadə qanvermə aksiyasına qoşulub
05 İyul 2025 11:09
Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib
18 Avqust 2025 17:22
Dövlət Komitəsinin rəsmisi: Qanvermə aksiyasına ildən ilə qoşulanların sayı artır
17 Aprel 2025 13:56
Gədəbəydə qanvermə aksiyası
17 May 2025 01:41

